Kolbasa və kolbasa məmulatları üzərində yoxlamalar aparılır

Kolbasa və kolbasa məmulatları üzərində yoxlamalar aparılır

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kolbasa və kolbasa məmulatları üzərində yoxlamalara başlayıb. Bu barədə SİA-ya RGEM-nin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, yoxlamalar şəhərin müxtəlif ticarət mərkəzlərində satılan kolbasa və kolbasa məmulatlarının təhlükəsizlik göstəricilərini öyrənmək məqsədilə təşkil olunur. Onun sözlərinə görə, yoxlamalar zamanı ticarət mərkəzləri ilə yanaşı, istehsal müəssisələrindəki kolbasa məmulatlarının təhlükəsizliyi araşdırılacaq. Yoxlamaların Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı ticarət mərkəzlərində aparılacağını deyən İ.Abdullayev qeyd edib ki, nəticələr yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə