Milli Parkda uşaqlar üçün növbəti pulsuz aksiya keçiriləcək

Milli Parkda uşaqlar üçün növbəti pulsuz aksiya keçiriləcək
Milli Parkda pulsuz atraksion aksiyası davam edəcək. İyun ayının 1-də keçirilən pulsuz aksiya Milli Parkda sıxlıq yaşadıb. Atraksionlardan istifadə etmək üçün parka gələnlərin sayı birə-beş artıb. Bu isə onu sübut edib ki, atraksionlardan istifadə etmək istəyən, ancaq maddi imkanı aşağı olan ailələrin sayı çoxdur. Buna görə də Milli Parkın rəhbərliyi aksiyanı hər ay keçirməyi qərara alıb. Məlumatı SİA-ya Milli Parkın texniki şöbəsinin rəisi Mənsim Ağayev verib: "Aksiyada heç bir məhdudiyyət olmadan bütün uşaqlar təmənnasız iştirak edə bilərlər. Onlara parkın ərazisində olan atraksionlardan pulsuz istifadə etmək imkanı yaradılacaq. Növbəti tədbir ayın 13-ü saat 09.00 -dan 12.00-ə kimi baş tutacaq. Aksiyanın səhər saatlarında və daha az müddətdə keçirilməsinin səbəbi parkda birinci aksiyada baş verən sıxlığın qarşısını almaq və vəziyyətə nəzarətdə saxlamaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə