Son günlər Ukraynanın Donetski vilayətində vəbaya yoluxma hallarının
baş qaldırdığı haqda məlumatlar verilir. Yayılan xəbərlərə görə, bu
ölkədə artıq vəbaya yoluxanlar arasında qurbanlar var.
Ancaq Ukrayna tərəfi ətraf ölkələrdə panika yaratmamaq məqsədilə
qurbanların sayı haqda real rəqəmlər açıqlamır.
Ümumiyyətlə bu təhlükəli infeksion xəstəlik bir necə ölkələrdə mütəmadi olaraq baş qaldırır. Məsələn, Hindistan və Pakistanda vəba epidemiya halı alıb və bu ölkəyə gedənlər vəba təhlükəsi ilə üz-üzə qalır.
Ukrayna, Hindistan, Pakistan və digər ölkələrdən ölkəmizə gələnlərin sağlamlıq durumunun yoxlanılması və ümumiyyətlə bu xəstəliyə qarşı ölkə ərazisində hansı tədbirlərin görülməsi ilə bağlı məlumat almaq üçün Respublika Taun Əleyhinə Stansiyanın elmi işlər üzrə direktor müavini Rakif Abdullayevə müraciət etdik. R.Abdullayevin SİA-ya verdiyi məlumata görə, hazırda Azərbaycanda vəba ilə bağlı vəziyyət ciddi nəzarət altındadır: "Qeyd edim ki, hər il may ayının 1-dən noyabr ayının 1-nə kimi su hövzələrindən nümunələr götürülərək müayinə olunur və respublikada ərazisində vəba üçün təhlükəli sayılan ərazilərdə monitorinqlər aparılır. Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də bu işdə yaxından iştirak edirlər. Monitorinq mövsümlə əlaqədar çimərliklərdə, içməli su hövzələrində və su kranlarında həyata keçirilir. Ümumiyyətlə ölkəmizdə 1970 - 1998-ci illər ərzində 3 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Buna səbəb isə xəstələrə düzgün diaqnozun qoyulmaması olub. Vaxtilə vəbadan yüzlərcə insan dünyasını dəyişsə də hazırda bu xəstəliyin müalicəsi üçün səhiyyənin bütün imkanları var. Sonuncu monitorinqin nəticələrinə əsaslanaraq deyə bilərik ki, hazırda ölkə ərazisində vəba ilə bağlı təhlükə yoxdur".
R.Abdullayevin ölkə ərazisində vəbaya yoluxma ocaqlarının Mərkəzi Aran rayonları - Biləsuvar, Sabirabad, Saatlı, İmişli və Beyləqan olduğunu dedi: "Vəbaya yoluxmaq natəmiz su ilə çimmək, içmək və natəmiz qida ilə qidalanmaq nəticəsində baş verir. Ona görə də yay aylarında əhalidən xüsusi diqqətli olmaq tələb olunur. Azərbaycanda belə bir təhlükə olmasa da vəba yayılan ölkələrdə olarkən gigiyenik qaydalara riayət etmək, əlləri tez-tez yumaq zəruridir . Ukraynaya səfər edənlərin ehtiyatlı olmaq, vəbanın epidemik ocağı olan Hindistan və Pakistana isə ümumiyyətlə səfərdən imtina etmək məsləhət görülür. Qeyd edim ki, əlaqədar qurumların mütəxəssisləri sözügedən ölkələrdən gələn turistləri yoxlayırlar. Şübhəli bilinən xəstələr tibb ocaqlarına göndərilir və ümumiyyətlə vəba təhlükəsi olan ölkələrdən gələnlər hər zaman nəzarətə götürülürlər. Hazırda ölkədə vəba təhlükəsi yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB