“Vətəni tanı” Ümumrespublika Kampaniyası Qobustanda olub - FOTO

“Vətəni tanı” Ümumrespublika Kampaniyası Qobustanda olub - FOTO

"Vətəni tanı" Ümumrespublika Kampaniyası öz seçim turlarını davam etdirir. SİA-nın xəbərinə görə, kampaniyanı həyata keçirən ARGTMŞ-ın işçi qrupu Qobustan rayonunda olublar. Qobustan şəhər 1 saylı orta məktəbində baş tutan rayon turunu Milli Şuranın üzvləri Bəxtiyar Rəhimov və Vüsal Kazımov həyata keçirib.

Kampaniyanın məqsədi barədə gənclərə məlumat verilib. Daha sonra həm keçməcəli xəritə üzərində, həm də www.miras.az saytına daxil olmaqla Azərbaycanın xəritəsini yığıblar. Bu seçim turunda da iki gənc respublika turuna vəsiqə qazanıb.

Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə