Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi

- BMT-Dünya əhalisi günüdür

- Şokolad günüdür

- Almaniya Elmlər Akademiyası təsis edilib (1700)

- Sovet kəşfiyyatçısı Rudolf Abel anadan olub (1903)

- Azərbaycan ordusu Şamaxı və Kürdəmiri daşnak-bolşevik qüvvələrindən tam azad edib (1918)

- Azərbaycan hökuməti ümumi səfərbərlik elan edib (1918)

- Şair Abbas Səhhət vəfat edib (1918)

- Hollandiyada 8 saatlıq iş rejimi tətbiq edilib (1919)

- Cenevrədə Narkotik vasitələrə nəzarət üzrə beynəlxalq konvensiya imzalanıb (1933)

- İtalyan modelyer Jorjio Armani anadan olub (1934)

- Türkiyə və ABŞ arasında yardım sazişi imzalanıb (1947)

- "AZAL"-ın direktoru Cahangir Əsgərov anadan olub (1950)

- Amerikalı aktrisa Sila Uord anadan olub (1956)

- Ukraynalı yazıçı Oleq Qutsulyak anadan olub (1969)

- Salvador Alyende Çilidə mis mədənlərinin milliləşdirilməsi barədə qərar verib (1971)

- Şair Zeynal Xəlil vəfat edib (1973)

- İspaniyada yanacaq daşıyan vaqonun relsdən çıxaraq aşması turizm zonasında 215 nəfərin həyatına son qoyub (1978)

- İtaliya 3-cü dəfə futbol üzrə dünya çempionatının qalibi olub (1982)

- İsveçli müğənni Mariye Serneholt anadan olub (1983)

- Azərbaycan Respublikası və Niderland Krallığı arasında hava daşımaları haqqında Saziş imzalanıb (1996)

- Azərbaycan kino rejissoru və operatoru Rasim Ocaqov vəfat edib (2006)

- Əl Qaidanın seriya terror aktları Hindistanda 1 gün ərzində 200-dən çox insanın həyatına son qoyub, 700 nəfər yaralanıb (2006)

Bütün xəbərlər Facebook səhifəmizdə