AGAT “Qoruyaq” adlı layihə çərçivəsində çəkilmiş 3 videoçarxını təqdim edib

İyulun 8-də "Ramada" hotelində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) BMT-nin Əhali Fondu (UNFPA) və İnsan İnkişafı Təşkilatının (UNDP) dəstəyi ilə reallaşdırdığı "Qoruyaq" adlı layihə çərçivəsində çəkilmiş 3 videoçarxın təqdimatını keçirib.

SİA-nın xəbərinə görə, mərasimdə AGAT-ın sədri Gülsel Səfərova məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun və layihə haqqında məlumat verib. Bildirib ki, əsas məqsəd cəmiyyətdə gedən inkişaf proseslərindən kənarda qalan təbəqəyə maarifləndirmə xarakteri daşıyan bu çarxlar vasitəsilə gender əsaslı zorakılığın mahiyyətini çatdırmaq və buna qarşı mübarizənin düzgün təşkil edilməsinə nail olmaqdır.

İndiyədək gender zorakılığı ilə bağlı bədii filmlər çəkildiyini, seminarlar keçirildiyinin deyən G.Səfərova vurğulayıb ki, bugünkü videoçarxlar bərabər hüquq, zorakılıq və erkən nikah barədədir: "Lakin bununla kifayətlənməyəcəyik. Yaxın günlərdə 18 mövzuda videoçarxlar hazırlayacaq, daha 5 şəhərdə təbliğat və təşviqat işləri aparacağıq".

Sonra videoçarxlar nümayiş etdirilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Bəylər Talıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tamilla Əliyeva və başqaları videoçarxların əhəmiyyətindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...