Günəş vannasının xeyirli və zərərli cəhətləri

Günəş vannasının xeyirli və zərərli cəhətləri

Yay mövsümü gələndə ilk növbədə qızmar günəş, sərin dəniz və çimərlik yada düşür. Ancaq heç kəs bilmir ki, bunun nə qədər zərərli və xeyirli tərəfləri var.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyanın tanınmış kosmetoloqları belə qənaətə gəliblər ki, gün altında qaralmağın xeyirli tərəfləri ilə yanaşı, zərərli cəhətləri var.

Əvvəlcə xeyirli tərəflərini deyək. Şor, duzlu suda çimib, isti narın qumun üzərində uzanıb günəş vannası qəbul etmək bədənə çox xeyirlidir. Belə proseduralar dərini müxtəlif sızanaqlardan xilas edir, dərini möhkəmlədib, şokolad rəngi verməklə bizim üçün vacib olan D vitaminini dəridə artırır.

Kosmetoloqlar son illər bu günəş vannalarının bir sıra zərərli fəsadlarını da üzə çıxarıb. Onların fikrincə, ultrabənövşəyi şüalarının günəşin ən şiddətli saatlarında qəbul edilməsi ,yəni əsasən, gündüz saat 14.00-dan 17.00-ə qədər qaralmağın insan orqanizmi üçün bir çox ziyanı var. Həmin müddətdə günəş şüaları insan dərisində olan xeyirli hüceyrələri qurudur. Dərini vaxtından əvvəl qocaldır və hətta DNK strukturuna belə təsir edə bilir. Bunun da ən qorxulu fəsadı insan bədənində dəri xərçənginin yaranmasıdır. Dərinin əvvəlki təravətini qaytarmaq çox vaxt mümkün olmur. Lakin bu o demək deyil ki, yay mövsümündə çimərlikdən, günəş vannasından, isti qumdan, sərin dənizdən istifadə etmək lazım deyil.

Hər şeyin həddi var. Bunun üçün mütəxəssislər qızmar günəş vannası zamanı müxtəlif qoruyucu vasitələrdən istifadə etməyi məsləhət görür.

Bütün xəbərlər Facebook səhifəmizdə