Bu gün Bakıda hava necə olacaq?

Bu gün Bakıda hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti təşkil edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə