Multimilyoner Latviyanın prezidenti seçilib

Multimilyoner Latviyanın prezidenti seçilib

Cümə günü Latviya prezidenti Andris Berzinşin rəsmi andiçmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, onun namizədliyini, gizli səsvermə yolu ilə Seymin 100 deputatından 53-ü dəstəkləyib. Onun rəqibi Valdis Zatlersə isə 41 millət vəkili səs verib. Yeni respublikanın başçısı and içərək xalq naminə çalışmağa və iqtisadiyyatı nəyin bahasına olursa olsun yüksəltdəcəyinə söz verib.

Berzinş deputatlara müraciət edərək deyib: "Mənim məqsədim cəmiyyəti bir araya gətirməkdir".

Maliyyə və daşınmaz əmlak sferasında çalışdığı dövrdə 66 yaşlı prezident çoxmilyonlu maliyyə toplaya bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə