Dünya Azərbaycanlılarının III Qurultayı diaspor nümayəndələrinin gözü ilə - SORĞU

Dünya Azərbaycanlılarının III Qurultayı diaspor nümayəndələrinin gözü ilə - SORĞU

Xəbər verdiyimzi kimi, bu günlərdə Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilib. Bu möhtəşəm tədbirdə iştirak etmək üçün Azərbaycanı dünya ölkələrində təmsil edən diaspor təşkilatlarının rəhbərləri, diaspor nümayəndələri paytaxta gəliblər. Bəs görəsən paytaxta gələn qonaqlar belə bir tədbirin keçirilməsini necə qiymətləndirir və bu tədbir bütün dünya azərbaycanlılarına hansı töhfələr verəcək? SİA bununla bağlı sorğu aparıb.


Gürcüstanda işıq üzü görən "Ziya" qəzetinin baş redaktour, Ziyalılar Birliyinin sədr müavini Nizami Məmmədzadə: - Biz təkcə Gürcüstanda yaşayanların deyil, bütövlükdə azərbaycanlıların diasporuyuk. Çünki ulu öndər Heydər Əliyev Gürcüstanda çıxış edən zaman deyib ki, biz aboragenik. Güclü bir xalq olaraq Gürcüstanda yaşayırıq və oradakı fəaliyyətimizi bu gün də davam etdiririk. Elm və təhsil inkişaf edir, öz fəaliyyətimizi həm Gürcüstanda, həm də Azərbaycanda fəaliyyətimzi genişləndirik. Diasporla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tədbirlərdə iştirak edirik. Bu da bizim üçün böyük məna və əhəmiyyət kəsb edir.


Ümumukrayna Azərbaycanlıları Konqresinin Lvov şəhəri üzrə sədri Məcid Nuxiyev: - Ölkəmizdə belə bir tədbirin keçirilməsi üzrə prezidentə təşəkkür edirəm. Dünya azərbaycanlılarının hər 3 qurultayında iştirak etmişəm. Bu tədbirlər xaricdə yaşayan azərbaycanlıların Azərbaycana olan məhəbbətini daha da artırır. Bütün işlərdə sıx əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə səbəb olur. Gürcüstanda yaşayan azərbayancanlıların vəziyyəti orta səviyyədədir. Sənədləri düzgün, yerində olanların heç bir problemi olmur. İnsanların bəzi səhlənkarlığından meydana gəlir ki, bu da hər bir yerdə var. Bu və ya digər poblemlərdən sonda hansısa çıxış yolu tapılır. Ukraynada təxminən 50 min azərbaycanlı yaşayır və ya fəaliyyət göstərir. Lvov şəhərində isə 940 azərbaycanlı var. Ancaq orada rəsmi şəkildə yaşayanların sayı 830 nəfərdir.


İsveçrədə fəaliyyət göstərən Türk İş Adamları Birliyinin sədri Əkbər Gəncə: - 10-cu ili qeyd olunan bu qurultayın mütəmadi olaraq keçirilməsi üçün öz təşəkkülərimizi bildiririk. Biz istəyirik ki, Azərbaycan ən qısa zamanda bir İsveçrə ölkəsi səviyyəsinə gəlsin. Bizim ən böyük sıxıntı və problem Qarabağ problemidir. Torpaqların 20%-i hələ də düşmən işğalı altındadır. Hər keçən il Azərbaycan dövləti, milləti, lobbisi daha da inkiaşf edir. Ən qısa zamanda öz torpaqlarımıza ya hərb, ya da sülh yolu ilə həll edərək sonunda qələbə Azəbaycanın olacaq və vətəndaşlar öz yurd-yuvalarına qayıdacaqlar. Bu inancla canımıza qurban versək, belə torpaqları qaytaracayıq. Bədənizim nə qədər Azərbaycandan kənar olsa da qəlbimiz, ruhumuz hər zaman Azərbaycanladır. İsveçrədə 3800 Azərbaycandan gələn insan var. Orada qəzet hazırlayırıq və bu nəşr 20 min Azərbaycan və türk vətəndaşlarına paylanır. Azərbayanın ən böyük sıxıntılarından biri torpaqların azad olunmasıdır. Onu heç bir qüvvə, mənəvi güc dudura bilməz. Azərbaycanın gələcəyini çox parlaq və İsveçrənin bir ölkəsi olaraq görmək istəyirik.


Moskvada yaşayan azərbaycanlı, şair-yazıçı İlham Bədəlbəyli: - Diasporun fəaliyyətindən yaxından iştirak etməyə çalışıram. Ocaq cəmiyyətinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi şurasının üzvü olaraq Moskvada azərbaycanlıları birləşdirməyə cəhd edirik. Tez-tez müxtəlif tədbirlər keçirilir, səfirlərlə mütəmadi əlaqələr saxlanılır. Hər dəfə Bakıya gəlmək mənim üçün bir bayramdır. Hər dəfə də Bakıya gələndə yaxşı mənada təəccüb edirəm. Paytaxt günü-gündən gözəlləşir, yenişləşir və müasirləşir. Ümumilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan düz olu seçib və bu gün də öz inkişaf yolunu davam etdirir, özü-özünü dünyaya tanıtdırır. Dünyada Azərbaycanınm rolu durmadan artır. Azərbaycan yeni yaranan və inkişaf edən ölkələr üçün bir nümunəvi ölkə kimi göstərirlir. Avrovisiondakı qələbəmiz də buna bir nümunədir.


Stavropolda fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin sədri, ümumrusiya konqresinin regional bölməsinin sədri Fəxrəddin Yarıyev: - Dünya azərbaycanlıların hər 3 qurultayında iştirak etmişəm. Ümummilli liderin təşəbbüsü ilə Ümumrusiya Azərbaycanlıları Konqresi yaranıb. Bundan sonra da Dünya Azərbaycanlılarının I Qurultayı baş tutub. Bu təşkilatlanma ümummilli liderin siyasəti nəticəsində həyata keçirilib. Bu gün cənab prezidentin ətrafında 51 milyonluq azərbaycanlı yığışaraq öz sözünü deyə bilməsi tarixi bir hadisədir. Bu gün Stavropolda 160 min erməninin içərisində Azərbaycan diasporunun formalaşması ilk dəfə MDB dövlətləri dağılandan sonra ilk dəfə qubernatorluğun başçılığı ilə nümayəndə heyətini Azərbaycana dəvət edilib. Qonaqların Azərbaycanda Şəhidlər Xiyabanını ziyarət etməsi, baş verənlərin öz gözləri ilə görməsi onu öz dövlətlərində xalqa çatdırılması bir daha sübut etdi ki, Azərbaycan xalqına təcavüz edilib, torpaqlar işğöal edilib, 1 milyon qaçqın və məvburi köçkünləri var. Diasporların fəaliyyəti böyükdür. Ölkələrin ticarət, mədəniyyət və digər sahələr üzrə əlaqələri günü-gündən inkişaf edir. Cənab prezidentin tapşırığı ilə orada ziyalılaşdırma güclü şəkildə formalaşıb. Hazırda 2 milyondan çox azərbaycanlı Rusiyada məskunlaşıb ki, onlarında 45 mini Stavropolda yaşayır. Bugün diapsorlarda formalaşma var, uğurlarımızı çoxdur. Çalışaq ki, bugünki günü Qarabağ torpaqlarını azad edərək, onları bu torpaqlarda qeyd edək.


Rusiyadakı diaspor nümayəndəsi Mirəşrəf Fətiyev: - Bu gün Bakının, regionların, ümumumilikdə Azərbaycanın inkişafını gördükdə fərəh hisi keçirir və azərbaycanlı olmaqla fəxr edir. Dünya azərbaycanlılarının hər 3 qurultayında iştirak etmişəm. Rusiyada "Azərros" təşkilatının bütün dünya tanıyır və Rusiyada böyük hörməti var. Bu gün orada fəaliyyət göstərərək Azərbaycanın adını qaldırmaq üçün çalışırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə