“Bakıətrafı ərazi, qəsəbə və kəndlərdə iritutumlu avtobusla ehtiyac tam ödənilməyib” - AÇIQLAMA
Paytaxtda avtobusa olan ehtiyacın öyrənilməsi məqsədilə monitorinqlər keçirilir və yeni avtobuslara daha çox hansı məkanlarda tələbatın olduğunu öyrənilir. Monitorinq zamanı ehtiyac olan ərazilərin olduğu müəyyənləşib və bu səbəbdən ölkəyə yeni avtobusların gətirilməsi davam edir. "Bakı Şəhər Sərnişin Nəqliyyatı" MMC-nin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Bakının mərkəzi hissəsini iritutumlu avtobusla tamamilə təmin olunduğunu deyib: "Bakıətrafı ərazi, qəsəbə və kəndlərdə isə ehtiyac tamamilə ödənilməyib. Sözügedən ərazilərdə yolların vəziyyətinin qənaətbəxş olmaması və oranın avtobusla təminatının sahibkarlar tərəfindən ödənilməsi problemin birdəfəlik aradan qaldırılmasına mane olur. Bu istiqamətdə tədbirlər davam etdiriləcək və yeni gətirilən avtobuslar xüsusi proqram əsasında paytaxt üzrə bölüşdürüləcək".
Mirvari
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB