ARDNŞ tələbələrlə görüş keçirib

ARDNŞ tələbələrlə görüş keçirib

Bu gün Neft Qaz Elmi Tədqiqatlar İnstitutunda ARNŞ-nin təqaüdünü alan tələbələrlə şirkət rəsmiləri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə ARDNŞ-nin kadr-rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov və ARDNŞ-nin İnsan Resurslarının İdarə Edilməsi Departamentinin sədri Asif Bəkirli iştirak edirdilər.

Tədbirin mövzusu təqaüd alan tələbələrin ARDNŞ müxtəlif strutukarında təcrübə keçməsi və onların bu sahədə biliklərinin artırılması idi. Tədbiri Xaliq Məmmədov ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin salamlarını tələbələrə çatdırıb.

Asif Bəkirli bildirib ki, ölkə prezidentinin gənclərə qayğısı, onların vətənpərvər yetişməsi yönündəki məqsədyönlü siyasətin davamı olaraq bu gün ARDNŞ da öz sahələrində digər tələbələrdən fərqlənən, bilikli, intelektual gənclərə təqaüd verməklə və onlara təcrübə keçmək imkanı yaratmaqla bu siyasətə öz töhfəsinin verir: \"Azərbaycan iqtisadiyyatında önəmli rol oynayan neft iqtisadiyyatının bu gün istedadlı və intellektual kadrlara ehtiyacı var. Unutmayın ki, bu günün təqaüdçüsü sabah Neft Şirkətinin kadrdır\".

Bəzi statistik məlumatları diqqətə çatdıran şirkət rəsmisi qeyd edib ki, 2006-cı ildən ixtisaslı kadrların hazırlanması üçün tələbələrin xaricdə təhsil alması, 2007-ci ildən isə tələbələr üçün ödənişli yay məktəbi proqramı həyata keçirilib: \"Keçən il olduğu kimi, bu il də ARDNŞ bir çox sahələrdə Azərbaycanda fəaliyyət göstərən təhsil mərkəzlərində azərbaycanlı tələbələrə təqaüd verməyə başlamışdır. Keçən il 31 ali təhsil ocağından 600-a yaxın seçilən tələbəyə təqaüd verir".

Xaliq Məmmədov da təqaüd alan və yay təcrübəsinə yollanan tələbələrə uğurlar arzuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə