Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana gələcək

Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana gələcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza məlumat verib. Hələlik səfərin dəqiq vaxtının məlum olmadığını deyən səfirin sözlərinə görə, əsas odur ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqlar davam olunacaq.

Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünə də münasibət bildirən M.Brayza vurğulayıb ki, burada hansısa irəliləyişlər olmasa da, müəyyən irəliləyişlər qeydə alınıb: "Biz bu tərəqqini görürük və həmsədrlər də bunu saxlamaq üçün regiona gələcəklər. Ümid edirik ki, həmsədrlər bu irəliləyişlərin davam etdirilməsinə nail olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə