Mətbuat Şurasında “İki sahil” qəzetinin 20 illik yubileyinə həsr olunmuş “dəyirmi masa” keçiriləcək
Azərbaycan Mətbuat Şurasında "Azərbaycanın sosial-iqtisadi həyatı və "İki sahil" qəzeti" mövzusunda "dəyirmi masa" keçiriləcəkdir. Qurumdan SİA-ya verilən xəbərə görə, mətbu nəşrin 20 illik yubileyinə həsr ediləcək tədbir iyulun 12-də saat 12.00-da baş tutacaq.
"Dəyirmi masa"ya ölkənin tanınmış ziyalıları, media mütəxəssisləri, müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri qatılacaqlar. Toplantıda müstəqil respublikamızın həmyaşıdı olan "İki sahil"in keçdiyi yola nəzər salınacaq, qəzetin yaradıcılıq xüsusiyyətlərinin təhlili aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB