Metyu Brayza: “ABŞ-ın Kabildəki səfirliyi və NATO Azərbaycan komissiyasının qəza baş verən əraziyə çatması üçün əlindən gələni edir”

Metyu Brayza: “ABŞ-ın Kabildəki səfirliyi və NATO Azərbaycan komissiyasının qəza baş verən əraziyə çatması üçün əlindən gələni edir”

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Əfqanıstanda baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına, həlak olanların ailə üzvlərinə, yaxınlarına başsağlığı verib. O, Əfqanıstanda qəzaya uğrayan təyyarədə həlak olanlarla bağlı dərin təəssüf hissi keçirdiyini söyləyib. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səfir Metyu Brayza deyib.

O bildirib ki, səfirlik Əfqanıstanda baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycan hökuməti və "Silk Way" şirkəti ilə sıx əlaqə saxlayır: "Biz qəzadan sonra dəstək olaraq əlimizdən gələn hər şeyi etmişik. ABŞ-ın Kabildəki səfirliyi və NATO Azərbaycan komissiyasının qəza baş verən əraziyə çatması üçün əlindən gələni edir. Ümid edirəm ki, onlar bu gün təyyarənin qəzaya uğradığı yerə çatacaq və "Silk Way" şirkəti Əfqanıstandakı fəaliyyətini bərpa edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə