NATO baş katibinin müavini: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bu əlaqələri gələcəkdə də genişləndirmək niyyətindəyik”

NATO baş katibinin müavini: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bu əlaqələri gələcəkdə də genişləndirmək niyyətindəyik”

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bu əlaqələri gələcəkdə də genişləndirmək niyyətindəyik. SİA-nın xəbərinə görə, bunu NATO baş katibinin müavini Gabor İklody deyib. O bildirib ki, Azərbaycan NATO-nun Kosova və Əfqanıstandakı əməliyyatlarına yardım göstərir. Onun sözlərinə görə, bu istiqamətdə NATO Azərbaycan Müdafiə Nazirliyinə islahatlar, silahlı qüvvələrdə demokratik nəzarət, hərbi təlimlərə dəstək verir.

"Azərbaycanın həmçinin, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım (İSAF) təşəbbüsünün bir üzvüdür. Biz Azərbaycanla dialoqları hər zaman davam etdirəcəyik. Azərbaycanın digər nazirlikləri ilə də sıx əməkdaşlıq edirik.Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə gələcək işlər üçün daha bir fond yaradılacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə