Facebookda sürücülər maarifləndiriləcək

Facebookda sürücülər maarifləndiriləcək

Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə, tezliklə avtomobil sürücüləri cərimələri plastik kart vasitəsilə ödəmək imkanı qazanacaqlar: "Bu proses reallaşandan sonra administrativ sanksiya tətbiq edilən sürücülərin sürücülük vəsiqəsi alınmayacaq. Yeni qaydaların tezliklə qüvvəyə minməsi gözlənilir".

V. Əsədov bu ilin ilk 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə baş verən yol qəzaların sayının azaldığını da deyir: "Paytaxt ərazisində qəzaları daha çox "VAZ" markalı avtomobillər törədir. Bu səbəbdən də onların şəhərdə azaldılması istiqamətində tədbirlər görülür. Yol qəzalarının qarşısını almaq məqsədilə bütün mümkün tədbirlər görülür. Tezliklə facebook. com sosial şəbəkəsində sürücüləri yol hərəkəti qaydalarını riayət etməyə çağıran video çarx nümayiş olunacaq. Məqsəd bu saytın milyonlarla üzvünün diqqətini bu mövzuya yönəltmək və maarifləndirməkdir".

Mirvari

Bütün xəbərlər Facebook səhifəmizdə