Millət vəkili seçiciləri ilə görüşüb

Millət vəkili seçiciləri ilə görüşüb

Bu gün millət vəkili, BDU-nun rektoru Abel Məhərrəmov deputat seçildiyi 16 saylı Yasamal 2-ci seçki dairəsindən 60-a qədər seçicini qəbul edib.

SİA-nın xəbərinə görə, müraciət edənlərin şikayəti əsasən sosial problemlərlə bağlı olub. Seçicilərin hər birini ayrı-ayrılıqda dinləyən deputat, bəzilərinin problemlərini elə yerindəcə həll edib. Digər məsələlərin yoluna qoyulması üçün isə müvafiq təşkilatlara müraciət edəcəyini bildirib.

Seçicilər əsasən Z.Xəlilov, Ə.Qədirli, F.Ağayev, Şahbazi, Mətbuat prospekti, S.Dadaşov, H.Cavid, Ə.Ələsgərov, Ə.Cəmil, A.Abbasov, Salamzadə küçələrinin sakinləri olublar.

Görüşün sonunda bütün seçicilər adından danışan Ə. Qədirli küçəsi ev 163-ün sakini Adil Həmidov onların problemləri ilə davamlı maraqlandığına, sistemli olaraq qəbul edib dinlədiyinə və həll etdiyinə görə millət vəkili Abel Məhərrəmova minnətdarlıq edib.

Görüşdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə