Samir İmanov: “Ermənilərin səsinin gəlməsinə izin vermərik” - MÜSAHİBƏ
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun SİA-ya müsahibəsi
- İlk öncə təşkilatınız haqqında məlumat verədiniz. Sizin qurum nə vaxtdan fəaliyyət göstərir?
- Cəmiyyətimiz 2004-cü ildə rəsmi olaraq fəaliyyətə başlayıb. 1994-cü ildən birlikdə toplaşaraq Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar müəyyən problemləri, qarşılaşdıqları çətinlikləri özümüz həll etməyə çalışırıq. Çünki o zamanlar Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan səfirliyi yox idi. 2001-ci ildə Azərbaycan səfirliyi rəsmi olaraq Əbudabi şəhərində fəaliyətə başlayıb. Bizim cəmiyyət də 2004-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, səfirliyin və BƏƏ-də daim müntəzəm yaşayan çoxlu sayda azərbaycanlıların iştirakı ilə müzakirə olunaraq qeydiyyatdan keçib. İlk toplantıda mənim cəmiyyətə sədr seçilməm təklif olunub. 2004-cü ildən bugünə kimi cəmiyyətimizə mən rəhbərlik edirəm və təşkilat olaraq bacardığım qədər Azərbaycan xalqına xidmət etməyə çalışırıq.
- Birləşmiş Ərəb Əmirliklərində nə qədər azərbaycanlı yaşayır. Onları həmin ölkədə necə tanıyırlar, müsəlman ölkənin qardaşı və yaxud da bir biznesmen kimi...
- Birləşmiş Ərəb Əmirliklərində mütəmadi min nəfərə yaxım azərbaycanlı yaşayır. İstər Azərbaycan dövləti, istərsə də xalqlar arasında çox isti münasibətlərimiz var. Qeyd etmək istərdim ki, bu münasibətlər ümummilli lider Heydər Əliyevin 1990-cı ilin əvvələrində mərhum Şeyxzad Sultan əl Əhyanla ilk görüşünün nəticəsi olaraq bu günə kimi o isti münasibət davam edir. Yerli əhali, dövlət rəsmiləri Aəzrbayan xalqına çox isti münasibət bəsləyirlər. Bizim millətimiz dini tərəfdən müsəlman olduğundan mentalitetimiz çox oxşarlıqlarımız var. Bu cəhətdən də problemlərimiz olmayıb. Qeyd edərdim ki, cəmiyyətimiz öz səviyyəsində heç bir quruma mürəciət etmədən bütün məsələrin özümüz həll etməyə qadirik. 1994-cü ildən bu günə kimi istər təhlükəsizlik, ictimai, istər məişət məsələlərini öz gücümüzə istənilən səviyyədə həll edib və hər bir məsələ öz müsbət həllini tapıb.
- Bu gün orada yaşayan azərbaycanlılar cəmiyyətə daha çox hansı məsələlərlə hansı problemlərlə daha çox müraciət edirlər?
- Cəmiyyətdə bizim Azərbaycan tələbələri, şagirdləri orada məktəblərdə oxuyurlar. Ali məktəblərdə və orta məktəblərdə müxtəlif xalqların ümumi bayramları keçirilir. O bayramlarda isttifadə etmək üçün bayraqlar, Azərbaycan mətbəxi haqqında kitab, ümumiyyətlə istənilən məsələlərrdə cəmiyyətimiz yardımlar edir. Hətta uşaqların məktəbə, instituta daxil olmasında hüquqi cəhətdən problemi olan insanlara hüquqi məsləhətlər veririk. Ən əsası odur ki, bütün etdiyimiz yardımlar təmənnnasız edilir. 17 ildir ki, Azərbaycan xalqının mənafeyi naminə gördüyümüz işlər hanssa təşəkkürün müqabilində olmayıb. Bu vətənimizə, dövləztimin siyasətinə olan ehtiramımızın nəticəsidir.
- Azərbaycanı tanıdılması istiqamətində sizi daha hansı vəzifələr gözləyir?
- Azərbaycanı olduğu kimi tanıtmaq, bütün həqiqətləri istər dövlət rəsmilərinə, istər yerli ərəblərə, ümumiyyətlə orda yaşayan bütün xalqların nümayəndələrinə çatdırmaq üçün böyük tədbirlər keçiririk. Cəmiyyət qurulmazdan əvvəl təşkil etdiyimiz müəyyən tədbirlərdə əsasən azərbaycanlılar iştirak edirdilər. Hazırda azərbaycanlıların o tədbirlərdə iştirak etmələrinə ehtiyac qalmır. Çünki biz öz həqiqətlərimizi özümüz bilirik. Təşkil etdiyimiz tədbirlərdə 80% -dən çox əsasən əcnəbi vətəndaşlar olur. Təbii ki, bu tədbirlərdə onlara əyani vasitələr hədiyyə edilir, müəyyən filmlər nümayiş etdirilir. İl ərzində planlı şəkildə bütün nazirlik və komitələrə öncədən onlarla görüşlər alıb Azərbaycanı tanıdılması isitiqamətində yüksək səviyyədə görüşlər keçirilir. Bu tədbirlərdə, görüşlərdə adi söhbət əsnasında deyil, müəyyən konkret planlı şəkildə işlərimizi aparırıq.
- Ümumiyyətlə, bu gün Birləşmiş Ərəb Əmirliklərində Qarabağ həqiqətləri ilə bağlı ərəblərin düşüncəsi nədir?
Ermənilər Ərəb dünyasında yüz illərlə yaşamış, o xalqlara qovuşmuş bir millətdir. Bunları Livanda, Fələstində yaşayan ərəblərin şürundan çıxarmaq lazımdır ki, onlar başkəsən, terolist bir millətdir. Ermənilər ərəb xalqına qovuşmuş, onların tərkib hissəsinə çevrilmişlər. Bu gün Ərəb Əmirliyində 10 min ərəbcə təmiz danışan erməni var. Buna baxmayaraq biz deməməməliyik ki, erməninin 100 illik diaspor tarixi var və ya 300 il bunlar bu işlə məşğul olublar. Biz elə işləməliyik ki, nəticə göstərə bilək. Biz kəmiyyətcə 10 dəfə az olsaq da keyfiyyətcə onlardan daha üstünük. Erməni diasporu ölü diaspordır. Onların səsi gələ bilməz və biz buna izin vermərik. Çünki istər rəsmi, istərsə də şəxsi münasibətləri elə yaratmışıq ki, erməniləri qəbul etməyə izin vermirik. Ermənilərin ərəb dilində çıxan mətbuatın nəinki Azərbaycan, ümumiyyətlə türklər haqqında yalan informasiya vermələri qeyri-mümkündür. 16 illik təcrübəmdə buna iki dəfə cəhd olunub və hər dəfə də onlar layiqli cəzalarını alıblar. Dövlətin müəyyən təhlükəsizlik qurumları tərəfindən o işi görmək istəyən hətta yerli qurumlarda möhkəm cəzalandırılıblar. Bizim cəmiyyət, keçirdiyimiz bütün tədbirlər haqqında dövlət mediasında işıqlandırılır. Dövlət mediasının tabeçiliyində olan "Əlbəyan" qəzeti nəinki ərəb ölkəsinin dövlət idarələrinə, ərəb körfəzində olan dövlət idarələrinə də pulsuz paylanılır. Biz Dubayda fəaliyyət göstərməklə demək olar ki, 20 dövlətə öz həqiqətlərimizi çatdıra bilirik. Nəyin bahasına olursa olsun öz məqsədimizə çatmalıyıq.
- Elə hallar olurmu ki, siz hansısa bir işi həyat keçirmək istəyirsiniz, amma ermənilərin hansısa əməlləri buna mane olur?
- Yalnız ərəb ölkələri üzrə ermənilərin öz veb saytları var. Onlar ancaq öz saytlarında bizi müzakirə edə bilərlər. Ondan artıq bacardıqları bir iş yoxdur. Buna biz nail olmuşuq və bunu nə qədər davam etdirə biləcəyik. Nəinki ermənilərə qarşı, hətta erməniləri dəstəkləyən nəhəng iki-üç dövlətin siyasətinin bizə qarşı keçirilməsinə də izin vermirik. O öləklərin bizə qarşı aksiya keçirməsinə də böyük əngələr törədirik və qəti şəkildə buna izin verməyəcəyik.
- Bu gün Birləşmiş Ərəb Əmirliklərində təqribi olaraq nə qədər Azərbaycan diaspora təşkilatı fəaliyyət göstərir?
- Yalnız bir təşkilat. Xaricdə 25 ilə qədər yaşamış, Birləşmiş Ərəb Əmirliklərində isə 17 il yaşamış bir insan kimi deyə bilərəm ki, hər bir ölkədə bir cəmiyyət olmalıdır. O, cəmiyyətin üzvləri də azərbaycanlılardır. Ancaq təəssüflər olsun ki, bəzən aralarında müəyyən qısqanclıqlar, sözün yaxşı mənasında çəkişmələr olur. Nə qədər ki, bu hallar var heç bir uğuran danışmaq olmaz. Ərəb Əmirliyi ərazi cəhətdən də, ölkənin əhalisi sayına görə də kiçik bir ölkədir. Çalışmaq lazımdır ki, böyük ölkənin müqabilində böyük bir cəmiyyət yaradılsın. Rəhbər seçmək asan məsələdir. Rəhbər olan insanın üzərinə digərlərindən daha çox məsuliyyət düşür, çünki uğurlara cavab verdiyi kimi uğursuzluqlara da o cavabdehdir. Bizim xaricdəki cəmiyyətlərimiz toplaşıb birlikdə bir cəmiyyət yaratsa, nəhəng ölkələrdə o cəmiyyətlərin nümayəndəliklərini və filiallarını açmaq olar. Mənim təcrübəm nöqteyi-nəzərdən bu düzgün yoldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB