SİA-nın xəbərinə görə, dövlətimizin başçısı əvvəlcə Sumqayıtın girişində və şəhərdə görüləcək yenidənqurma-abadlıq işlərini əks etdirən stendlərə baxdı.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verdi.
Dövlətimizin başçısı yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.
Sonra Azərbaycan dövlətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq işləri barədə məlumat verildi.
Daha sonra dövlətimizin başçısı Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış oldu.
Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti parkın gələcək vəziyyətini əks etdirən stendlərə baxdı.
Dövlətimizin başçısına parkda görüləcək içlərlə bağlı məlumat verildi.
Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.
Sonra dövlətimizin başçısı parkın ərazisini gəzdi.
Azərbaycan dövlətinin başçısı Sumqayıt şəhər 1 saylı Uşaq- Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etdi.
İdmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı idmançılarla görüşdü, onlarla söhbət etdi.
Daha sonra Prezident İlham Əliyev məktəblə tanış oldu.
Dövlətimizin başçısı məktəbin boks trenajor, voleybol, basketbol, fitnes, tennis, boks zallarına və hovuza baxdı, idmançıların nümunəvi çıxışlarını izlədi.
Sonra dövlətimizin başçısı Sumqayıt şəhərinin mərkəzində Heydər Əliyev parkında aparılan abadlıq və quruculuq işləri ilə tanış oldu.
Prezident İlham Əliyev parkda tikiləcək Heydər Əliyev Muzeyinin fotoeskizlərinə baxdı.
Dövlətimizin başçısına parkın ərazisində görüləcək işlərlə bağlı məlumat verildi.
Azərbaycan dövlətinin başçısı Kimyaçı Mədəniyyət Sarayında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış oldu.
Prezident İlham Əliyev sarayın həyətində Heydər Əliyev meydanının yenidən qurulmasını əks etdirən stendlərə baxdı.
Dövlətimizin başçısı Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış oldu.
Məscidin axundu Prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verdi. Bildirildi ki, məsciddə yeni minarə də tikiləcəkdir.
Cümə məscidinin axundu dövlətimizin başçısına müqəddəs Qurani-Kərim hədiyyə etdi.
Sonra Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında yüksəkgərginlikli elektrik avadanlığı zavodunun fəaliyyəti ilə tanış oldu.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına zavod haqqında məlumat verdi.
Bildirildi ki, müəssisədə dünyanın ən qabaqcıl texnologiyaları ilə hazırlanmış avadanlıq, eləcə də Finlandiya, Almaniya və Türkiyə istehsalı olan əymə, lazer kəsmə dəzgahları və ABŞ-dan alınmış laboratoriya sınaq qurğuları quraşdırılmışdır.
Prezident İlham Əliyev müəssisənin günəş kollektorları və istilik qazanları istehsalı sexini gəzdi.
Daha sonra dövlətimizin başçısı Sumqayıt Texnologiyalar Parkında qaynar sinkləmə zavodunun fəaliyyəti ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 15 metrə qədər olan polad məmulatın sinklənməsinə tam şəraitin olduğu zavodda tətbiq edilən texnologiya yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir.
Qeyd edildi ki, zavodun ən son və müasir texnologiyalarla təchiz olunması buraxılan məhsulların keyfiyyətinə və uzunömürlülüyünə tam zəmanət verir.
Bununla da Azərbaycan Prezidentinin Sumqayıta səfəri başa çatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



