“Yeni Azərbaycan” qəzetinin redaksiyasında diaspora nümayəndələri ilə görüş keçirilib
Bu gün "Yeni Azərbaycan" qəzetinin redaksiyasında Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən bəzi diaspora nümayəndələri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri, Türkiyə Böyük Millət Məclisində təmsil olunan azərbaycanlı deputat Sinan Oğan, Avstriya Mədəniyyət Dərnəyinin rəhbəri Orxan Çiftçi, Çexiyada yaşayan soydaşımız, professor Azər Kərimov iştirak edib. Görüş çərçivəsində jurnalistlərin suallarını cavablandıran qonaqlar bir sıra məsələlərə aydınlıq gətirib və qarşılıqlı müzakirələr aparıblar.
Azərbaycanın Türkiyədə fəaliyyət göstərən diasporlarının fəaliyyəti, təşkilatlanması ilə bağlı sualı cavablandıran Sinan Oğan bildirib ki, bu proseslər çox yüksək səviyyədə həyata keçirilir: "Bu gün artıq Türkiyə Böyük Millət Məclisində 3 azərbaycanlı təmsil olunur. Bundan sonra, inanırıq ki, azərbaycanlıların qardaş Türkiyənin həyatında daha fəal şəkildə iştirak edəcəklər. Qarşıda duran əsas məsələ türk dövlətlərində təmsil olunan azərbaycanlıları bir diaspor təşkilatında toplamaqdan ibarətdir. Artıq türk dövlətlərinin diaspor təşkilatlanması artıq başa çatıb. Türkiyədə Ermənistanla sərhədlərin açılması, Dağlıq Qarabağ probleminin həll edilməsi kimi məsələlərdə diaspor təşkilatlarının fəaliyyəti və güclü olması çox önəmlidir.
İğdıra yaxın ərazidə yeləşən Metsamor Atom Elektrik Stansiyasının bağlana biləcəyinin nə dərəcədə real olması ilə bağlı sualı cavablandıran millət vəkili qeyd edib ki, İğdır erməni şəhəri deyil, sadəcə olaraq Ermənistanla sərhəddə yerləşən Azərbaycan türk şəhəridir: "Metsamor AES İğdırdan 16 km uzaqlıqda yerləşir və onun təhlükəsi də yerləşdiyi kimi daha yaxındır. İğdırda son zamanlar xərçəng xəstəliyinin sayı həddindən çox artıb və buna stansiyanın da müəyyən ziyanları var. 7 il bundan öncə insanların bu stansiya haqqında təsəvvürləri çox az idi. Bununla bağlı mənim rəhbərliyim ilə dərnək yaradılıb. 7 il ərzində bu istiqamətdə bir sıra işlər görülüb, konfranslar keçirilib. Artıq insanların böyük əksəriyyəti Metsamorun nə olduğunu, hansı təhlükələr törətdiyini bilir. Bundan sonra da Metsamorla bağlı müəyyən tədbirlər görüləcək. Artıq yaxın gələcəkdə Metsamorun bağlanmsı istiqamətində müəyyən işlər görüləcək, hətta bu məsələ Türkiyə Böyük Millət Məclisində qaldırılacaq\".
Digər suala cavabında S.Oğan qeyd edib ki, Türkiyə-Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir. Bəzi sahələr irəli gedir, bəziləri isə geridə qalır. İqtisadi sahədə də hər hansı bir problem yoxdur. Amma əsas çətinlik buraya gəlməkdə vizanın tələb edilməsidir. Azərbaycanda heç olmasa diasporun tədbirinə gələrkən müəyyən danışıqlar edilərdi və qonaqlardan viza istənilməzdı. Təəssüf ki, belə olmadı. Təbii ki, hər məsələnin həllini də hökumətdən gözləmək düzgün deyil. Bizdə bir vətəndaş olaraq üzərimziə düşən vəzifələri həyata keçirməliyik\".
Daha sonra Avstriya Mədəniyyət Dərnəyinin rəhbəri Orxan Çiftçi Azərbaycan diasporunun bu ölkədə də uğurlu fəaliyyət göstərdiyini qeyd edbb. O bildirib ki, 1989-cu ildə Avstriyada ilk olaraq Vətən Cəmiyyəti yaradılıb: "Bundan sonra da müəyyən uğurlar əldə olunub. Artıq bu gün Avropa ölkələrində azərbaycanlılar müəyyən qədər öz sözlərini deyir və mühüm nüfuza malikdirlər. Amma qeyd edim ki, bu gün təəssüflər olsun ki, erməni diasporu qüvvətli şəkildə fəaliyyət göstərir. Biz də öz gücümüzlə fəaliyyət göstərərək onların fəaliyyətlərinə qarşı mübarizə aparmağa, qarşılıqlı tədbirlər görməyə çalışırıq".
Ermənilərin törətdiyi təcavüzlərin canlı şahidi olan Orxan Çiftçi daha sonra öz xatirələri ilə bölüşüb.
Çexiyada yaşayan soydaşımız, professor Azər Kərimov təmsil olunduğu ölkədəki azərbaycanlıların fəaliyyəti barədə danışıb. O bildirib ki, bu gün Azərbaycan Avropaya inteqrasiya edir, mühüm layihələr həyata keçirilir. Azərbaycan-Çexiya münasibətlərinin günü-gündən inkişaf etdiyini deyən A.Kərimov qeyd edib ki, orada yaşayan azərbaycanlıların ölkə həyatında da müxtəlif formalarda təmsil olunub: "Bir müddət öncə bir qrup çexiyalı nümayəndə heyətinin Azərbaycana səfər edib. Bununla da onlar Azərbaycan həqiqətlərini öz gözləri ilə görüb, qayıtdıqdan sonra onları ölkənin müxtəif mətbuatlarında çap ediblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB