Rauf Tağıyev: “Əməkçi miqrant statusu ilə respublikada işləyənlərin sayı isə 9 160 nəfərdir”
Son vaxtlar müxtəlif mətbuat orqanlarında ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan və məcburi dövlət sosial sığorta haqqı ödəyən əməkçi miqrantların say göstəricisi barədə ayrı-ayrı mənbələrə istinad edilməklə fərqli rəqəmlər əksini tapır. SİA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Rauf Tağıyev bildirib ki, bu rəqəmin bir sıra hallarda xeyli artıq göstərilməsi səbəbinin ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan bütün əcnəbilərin yanlış olaraq əməkçi miqrant kateqoriyasına aid edilməsi ilə bağlı olub.
Respublikada gəlir gətirən fəaliyyətlə məşgul olan əcnəbilərin heç də hamısının əməkçi miqrant statusuna malik olmadığını vurğulayan R.Tağıyev bildirib ki, ölkədə daimi yaşayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, beynəlxalq təşkilatlarda işləyən və s. əcnəbilər hətta "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər olmalarına baxmayaraq, onlar qanunvericiliklə əməkçi miqrant hesab edilmirlər. Əməkçi miqrant statusu ilə respublikada işləyənlərin sayı isə 1 iyul 2011-ci il tarixə olan məlumata əsasən, 9 160 nəfər təşkil edir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB