Əlillər üçün Nabran kurort zonasında istirahət təşkil olunub

Əlillər üçün Nabran kurort zonasında istirahət təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər il yay mövsümündə 500 nəfərdən çox əlil vətəndaşın dövlət hesabına Xaçmaz rayonundakı Nabran kurort zonasında istirahət təşkil olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, bu sahədə tədbirlər davam etdirilir və cari ilin yay mövsümündə 575 nəfər əlil vətəndaşın Nabran istirahət zonasına göndərilməsi nəzərdə tutulub. Artıq iyun ayının əvvəllərindən bu vaxtadək hər biri 72 nəfər əlildən ibarət 3 qrup xüsusi avtobuslarla adıgedən istirahət zonasına yola salınıb. İstirahətə göndərilənlərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlar, 20 Yanvar, Çernobıl və hərbi xidmət əlilləridir.

Əlillərin istirahət zonasına çatdırılması və geri qaytarılması ilə bərabər, onların sanatoriya obyektlərində yerləşdirilməsi, normal dincəlmələri, onlara lazımi kurort xidmətləri göstərilməsi, yeməklərlə təmin edilməsi və s. üçün bütün müvafiq işlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə