Şahmar Tapdıqlı: “Ermənilər həmişə bizdən nələrisə oğurlamağa çalışır”- MÜSAHİBƏ (SƏS TV)
Qazaxıstan azərbaycanlıları "Turan" Konqresinin vitse-prezidenti Xuraman Babayeva və Qırğızıstanda fəaliyyət göstərən türkdilli dövlətlərə dəstək fondunun musiqi və mədəniyyət bölməsinin rəhbəri Şahmar Tapdıqlının SƏS TV-yə müsahibəsi:
- Dünya azərbaycanlılarının III qurultayı ilə bağlı təəssüratlarınız necədir?
- Xuraman Babayeva: Qurultay bizim gənc nəslin gələcəkdə daha da təkmilləşməsi üçün bir vasitədir. Qədim tarixə malik Azərbaycanın təbii ki, böyük gələcəyi var. Hazırda bütün dünya azərbaycanlıları Azərbaycanla fəxr edir. Xüsusilə də "Eurovision" mahnı müsabiqəsindən sonra da dünyanın tanınmayan yerlərində də tanındı. Bu qurultayın keçirilməsi Azərbaycanın tanınması üçün bir dəstəkdir.
- Şahlar Tapdıqlı: Bu qurultayın vasitəsilə çox vacib məsələlərə toxunuldu. Hətta bizim fondun prezidenti də dövlət başçısı İlham Əliyev tərəfindən \"Tərəqqi\" medalı ilə mükafatlandırıldı. Bizim fondumuzun da məqsədi odur ki, Azərbaycanı hər yerdə tanıdaq.
- Bəs, Qazaxıstanda azərbaycanlılar necə təmsil olunur?
- Xuraman Babayeva: Qazaxıstanda diaspor 1992-ci ildən yaradılıb. Orada Azərbaycana xas olan vacib tədbirləri geniş şəkildə həyata keçiririk. Bununla yanaşı, orada həmçinin Azərbaycan dilinin tədrisi ilə məşğul olan məktəblər də var. Azərbaycanın adət-ənənələrini yaddan çıxarmamaq üçün əlimizdən gələni edirik.
- Əsas yaralı yerimiz olan Dağlıq Qarabağ problemi, bir sözlə Azərbaycanın haqq səsini yaşadığınız ölkələrdə ictimaiyyətə necə çatdırırsınız?
- Şahlar Tapdıqlı: Ermənilər hər zaman bizim müəyyən sahələrimizin mənimsənilməsinə qarşı təxribat aparırlar. Bu hallar istər mətbəximizdə, istərsə digər sahələrimizdə özünü büruzə verir. Onlar həmişə bizdən nələrisə oğurlamağa çalışırlar.
- Xuraman Babayeva: Qazaxıstan radiosunda Azərbaycan dilində verilişimiz yayımlanır. Xocalı, 31 Mart soyqırımını və digər qan yaddaşımıza qara hərflərlə yazılan günlərimizi, eyni zamanda bayramlarımızla bağlı məlumatları proqramda işıqlandırırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB