Ombudsmanın əməkdaşları Xızı Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasına baş çəkiblər

Ombudsmanın əməkdaşları Xızı Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasına baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında yaradılmış İşgəncələrlə bağlı Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri, Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları azadlığın tam və ya qismən məhdudlaşdırılması yerlərinə başçəkmələri davam etdirirlər.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Müvəkkilin tapşırığına əsasən, qrupun üzvləri bu günlərdəXızı Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasına (MST) başçəkmə həyata keçirmişlər.Onlar bu müəssisədəki saxlanma şəraitini araşdırmış,həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar.

Başçəkmə zamanıhər hansı birqanun pozuntusu aşkar edilməyib.

Şübhəli şəxs qismində saxlanılanlarlasöhbət aparılmış, onlara hüquqları izah olunub.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Başçəkmə keçirilmiş müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə