Sinan Oğan: \"Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Türkiyə Böyük Millət Məsclisində bir sıra məsələlər müzakirə olunacaq\" - MÜSAHİBƏ
TÜRKSAM-ın sədri, Türkiyə Böyük Millət Məclisində təmsil oluna azərbaycanlı deputat Sinan Oğanın SİA-ya müsahibəsi
- Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsini necə qiymətləndirirsiniz?
- Bu tədbirin Azərbaycanda keçirilməsi son dərəcə yüksək əhəmiyyətə malikdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" sözünü bütün işlərimizdə yüksək səviyyədə xatırlayır və əsas prinsip olaraq qəbul edirik. Azərbaycan prezidenti İlham Əliyevin isə "Bir millətin iki diasporu olmaz" fikri var. Bugün bu fikirləri daha geniş bir halda gördüm. Artıq Türkiyə ilə Azərbaycanın deyil, bütün türk dünyasının tək bir diasporu olmalıdır. Bunun üçün çalışmalıyıq. Bu diaspor da türk dünyasının məsələləri, o cümlədən türk dünyasının bir nömrəli məsələsi olan Dağlıq Qarabağ probleminin həllinı yönəlik çalışmalıdır. Azərbaycanın dünyanın hər bir yerində yaşayan 50 milyonluq böyük bir xalq olduğunu cənab prezident ifadə edib. Bu 50 milyonluq xalqın əslində dünyanın ən böyük dövlətlərindən biri kimi çalışdığını, hansı ölkədə yaşamasından asılı olmayaraq bu işlərinin Azərbaycanın daha böyük bir ölkə olması, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla problemlərinin həll olunması üçün istifadə edəcəyik.
- İlk qurultaydan bu günə kimi 10 il vaxt keçib. Bu müddət ərzində Azərbaycan və türk diasporlarının fəaliyyətində hansı dəyişiklər olub və bunları qənaətbəxş hesab etmək olarmı?
- Diaspora təşkilatlarının fəaliyyətində çox böyük uğurlar var. Türkiyədə yaşayan Azərbaycan türklərindən biri olaraq artıq Türkiyə Böyük Millət Məclisinin üzvü seçildim. Bunun özü belə böyük bir nailiyyətdir. Azərbaycan prezidenti İlham Əliyev də qeyd edib ki, hansı ölkəsində olmasından asılı olmayaraq oranın sosial-siyasi həyatında yer almaq lazımdır. Bundan sonra, Türkiyə və Azərbaycan diaspor nümayəndələri, ümumilikdə diaspor təşkilatlarının bu istiqamətdə birgə çalışması üçün əlimizdən gələni edəcəyik.
- Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində bir millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisində hansı işlər görülür?
- Dünyadakı 50 milyonluq türkləri təmsil edən bir millət vəkili olaraq Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Türkiyə Böyük Millət Məsclisində bir çox işlər görəcəm. Bunları artıq məclis çərçivəsində görüləcək işlər nəticəsində biləcəksiniz. Bu işlər ilk öncə Dağlıq Qrabağ münaqişəsi həll edilmədən Türkiyənin Ermənistanla sərhəddinin açılmaması məsələsidir. Millət vəkili çərçivəsində ABŞ, Avropa Parlamentinin nümayəndələri ilə keçirəcəyimiz görüşlərdə bir türk millət vəkili olaraq Azərbaycanın haqq səsinin qaldırılması, Dağlıq Qarbağın Ermənistanın işğalı altında olduğunu söylənməsi və bu çərçivədəki işlərdir.
- Bir azərbaycanlı olaraq TBMM-də təmsil olunmaq nə dərəcədə çətin və məsuliyyətlidir?
- Əlbəttə ki, çətindir. Türkiyədə 3 milyon Azərbaycan türkü yaşayır və onların keçmiş zamanlar çox təmsilçisi olmayıb. Budəfəki seçkilərdə isə TBMM-də 3 təmsilçisi olub. Amma biz istəyərdik ki, bu rəqəmlər 3 yox, 30 nəfər olsun. Mən təbii ki, yalnız Azərbaycan türklərinin təmsilçisi deyiləm. İğdır şəhərindən millət vəkili seçilmişəm və oranı təmsil edirəm. Amma eyni zamanda, 72 milyonluq türk millətini, 250 milyonluq türk dünyasını təmsil edirəm. Bir sözlə, asan iş deyil, cavabdehliyimiz də çoxdur. İnanıram ki, Allahın köməkliyi ilə bunun öhdəsindən gələcəm.
- İğdır şəhərinə yaxın ərazidə yerləşən Metsamor Atom Alektrik Stansiyasının bağlanması ilə bağlı müzakirələr nə yerdə qaldı və bununla bağlı parlamentdə məsələ qaldırmağı düşünürsünüzmü?
- Bu məsələni Türkiyədə gündəmə gətirən insan mənəm. Yeddi il öncə bir təşkilat qurduq və Metsamor Atom Elektrik Stansiyasının bağlanması üçün bir təşkilat yaratdıq. Bu təşkilat bu gün də fəaliyyətdədir. Mövcud məsələ ilə bağlı dnüyanın bir çox ölkəsinə müraciət etdik, konfranslar keçirdik, internet saytlar yaratdıq. Bundan sonra məsələni Türkiyə Böyük millət Məclisində gündəmə gətirəcəyik. İnanıram ki, bunun nəticəsində stansiyanın bağlanmasına nail olacağıq. Metsamor Atom Elektrik Stansiyası sadəcə İğdır şəhəri üçün deyil, bütün region üçün byük bir təhlükədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB