Aygün Attar: “Dünya azərbaycanlılarının III qurultayı qətiyyən siyasi xarakter daşımır” - MÜSAHİBƏ (SƏS TV)

Aygün Attar: “Dünya azərbaycanlılarının III qurultayı qətiyyən siyasi xarakter daşımır” - MÜSAHİBƏ (SƏS TV)

Azərbaycan Türkləri Federasyonu genel başkanı, Milli Hərəkat Partiyasının (MHP) siyasi və sosial işlərlə əlaqədar genel sekretar yardımçısı Abbas Bozyel, Türkiyə Cümhuriyyəti Girəsun Universitetinin rektorluğa namizədi, tarix fakültəsinin dekanı Aygün Attar və Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin sədri, DAK idarə heyətinin üzvü Səftər Rəhimlinin SƏS TV-yə müsahibəsi:

- Dünya azərbaycanlılarının III qurultayı haqqında təəssüratlarınız necədir?

Abbas Bozyel: - Azərbaycan son 20 il ərzində iqtisadi, siyasi və ictimai baxımdan inkişaf edib. Xüsusilə, prezident İlham Əliyevin qurultaydakı nitqi yüksək qiymətləndirilməlidir. Prezidentin çıxışı digər xarici ölkələrdən gələn azərbaycanlılar tərəfindən diqqətlə izlənildi. Çünki onun çıxışında bir çox sahələri əhatə edən məqamlar, eləcə də özünün siyasi və hüquqi problemləri ilə əlaqədar xaricdə təşkilatlanmasında diasporun gördüyü işlər baxımından həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələr təqdirəlayiq idi. Prezidentin çıxışında həmçinin Azərbaycanın kənarda olan bütün diaspor təmsilçiləri, eləcə də ölkə daxilində olan dövlət nümayəndələri, xüsusi ilə də müxalifət və iqtidar arasında böyük yaxınlaşmasına doğru bir addım da müşahidə etdim. Əgər bu deyilənlərə həqiqətən də riayət edilərsə, o zaman Azərbaycan gələcəkdə daha güclü bir mövqe sahib olacaq.

- Qurultay xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında nə kimi rol oynayacaq?

Aygün Attar: - Bu qurultayı elmi cəhətdən dəyərləndirmək istəyirəm. Bu qurultay azərbaycanlılıq qurultayı deyil. Təbii ki, bu uzaqgörən bir siyasətdir. Buna görə də bu azərbaycançılıq qurultayıdır. Hər hansı bir ərazinin böyük dövlət ola bilməsi üçün diaspor fəaliyyətində etnik kimliyi əsas götürülməlidir. Prezident İlham Əliyevin çıxışında mesajlar fərqli idi. Bu erməni diasporu kimi deyil. Elə olsa idi, qurultayda İsraili təmsil edən nümayəndə gözəl çıxış edə bilməzdi. Bununla yanaşı, İlham Əliyev də öz əlləri ilə ona orden təqdim etməzdi. Qurultay qətiyyən siyasi xarakter daşımırdı. İlk dəfə olaraq qurultayda iştirak etməyimə baxmayaraq elmi nöqteyi nəzərdən analitik olaraq düşüncələrim budur. Dünyada ən çox işləyən diasporu kimi yəhudiləri qeyd etmək olar. Yəhudi diasporunun uğurlu olması, erməni diasporunun isə uğursuz olması inkişafla bağlıdır.

- Bu gün Azərbaycan bundan əvvəlki qurultaylarda qarşıya qoyduğu məqsədlərə çatıbmı?

Səftər Rəhimli: - Azərbaycanda bir diaspor hərəkatı başlayıb. Bu diasporun hərəkatı da dünyanın seçdiyi millətlərin istifadə etdikləri məlumatlara baxır. Bəlkə də o formatlardan istifadə etmək istədik, ancaq alınmadı. Millətimizə xas olan xüsusi xarakter var ki, özlərində olan müsbət komponentləri götürüb diasporunun qarşısına məqsəd qoyub. Dağlıq Qarabağ məsələsində isə daha çox erməni lobbisinin aparıldığı siyasətdə həqiqətən də Qarabağın bizim olub-olmaması ilə bağlı müxtəlif fikirlər var idi. Hesab edirəm ki, bu suala artıq cavab tapılıb ki, Dağlıq Qarabağ kimin ərazisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə