Nazim İbrahimov: “Diaspor təşkilatları ilə Azərbaycanın bütün nazirlikləri, dövlət qurumları birgə fəaliyyət göstərməlidir”
"Prezidentin söylədiyi hər bir fikir bizim üçün göstəriş və proqramdır. Onun üçün Azərbaycanın xaricdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələr daha da təkmilləşdirəcək. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi və bizim komitəmiz səylərini birləşdirməklə diplomatik nümayəndəliklərlə diaspor təşkilatları arasında sıx əlaqələr yaradacaqlar". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Onun sözlərinə görə, ümumiyyətlə, diaspor təşkilatları ilə səfirliklərlə yanaşı Azərbaycanın bütün nazirlikləri, dövlət qurumları birgə fəaliyyət göstərməlidirlər ki, atılan addımlar vahid bir nöqtəyə vursun. Komitə sədri qeyd edib ki, bu da komitənin gücünü daha da artıracaq.
Daha sonra N.İbrahimov Dünya
Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlının
İranda yaşayan azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması ilə bağlı
səsləndirdiyi fikirlərə də münasibət bildirib. O bildirib ki, Cənubi
Azərbaycandan çıxan və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla
işləyir, onların fəaliyyətini izlənilir: "İran bizə dost və müstəqil ölkədir. Təbii
ki, biz dövlət olaraq İranın daxili işlərinə qarışa bilmərik. Amma QHT-lər
söylədikləri fikirlərdə, atdıqları addımlarda sərbəstdirlər".
N.İbrahimovun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlıların pulsuz təhsil
alması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, xaricdə
yaşayan azərbaycanlılara Azərbaycanda dövlət hesabına pulsuz təhsil verilməsi
ilə bağlı təklif də hökumətdə müzakirə oluna və qəbul edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB