Suğra Bəşirova: “Mövsümi hadisələr səbəbindən ölən yoxdur”

Suğra Bəşirova: “Mövsümi hadisələr səbəbindən ölən yoxdur”

Hər il yay aylarında mövsümi xarakterli hadisələr qeydə alınır. Yay üçün xarakterik olan ilan və digər həşəratların sancması, günvurma, dənizdə boğulma hər il insan tələfatına səbəb olur. Bu mövsümə olan vəziyyəti öyrənmək üçün Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müalicə, metodik işlər üzrə müavini Suğra Bəşirovaya müraciət etdik.

S. Bəşirovanın SİA-ya verdiyi məlumata görə, artıq mövsümü xarakterli problemlər özünü göstərməkdədir. Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları bu günlərdə daha operativ olaraq əhaliyə xidmət göstərir: "Xidmətin briqadaları hazırda 14 dövlət çimərliyində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birlikdə hə gün səhər saat 9:00 - dan axşam saat 20:00 12 saat olmaqla növbədə durur. Çimərlik mövsümü başlayandan indiyə kimi ölüm halı qeydə alınmasa da 4 suda boğulma hadisəsi baş verib. Zərərçəkənlər xilasedicilər tərəfindən sudan çıxarıldıqdan sonra təcili yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıblar. 1 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə ilkin yardım göstəriləndən sonra evə buraxılıblar. Bundan başqa 11 nəfərdə də xırda zədələrlə təcili yardıma müraciət edib".

S. Bəşirova günvurma hadisəsi ilə bağlı 12 nəfər tərəfindən xidmətə müraciət daxil olduğunu dedi: "4 nəfər xəstəxana şəraitində müalicə olunub. Əhalinin nəzərinə çatdırmaq istəyirəm ki, günün qızmar çağında saat 11-dən 17-yə kimi günəş şüaları altında gəzməkdən çəkinsinlər. Onu da deyim ki, mövsümlə əlaqədar olaraq ilanlarında aktivləşmə dövrü başlayıb. İndiyə kimi ilan sancması ilə təcili yardıma 15 nəfər müraciət edib. Onlardan 12-i nəfərinə gürzə zəhəri zərdabı vurulub. Müalicə aldıqdan sonra zərərçəkənlər evə buraxılıb. Ölüm halı qeydə alınmayıb".

Mirvari

Bütün xəbərlər Facebook səhifəmizdə