Gəncəbasarın ən iri aqrar bölgələrindən olan Samuxda taxıl biçini sürətləndirilib. Havaların isinməsi ilə proses daha tezləşdirir. Rəsmi məlumatlara görə, hazırda Samuxda 9 min 919 min hektar sahədə dənli bitkilər əkilib ki, bunun da 19 min 587 hektarı buğda, təxminən 3 min 624 hektardan artığı isə arpadır. Hazırda biçin işini həyata keçirmək üçün fermerlərə rayon İcra Hakimiyyəti Aparatından 40-dan artıq texnika ayrılıb. Artıq 7 min hektardan artıq taxıl
sahəsində biçin işləri aparılıb. Hər hektara orta hesabla 27 sentner məhsul düşüb. Bu isə ötən illə müqayisədə yüksək göstərici hesab olunsa da, son illərdə elə də böyük nəticə hesab olunmur. İcra Hakimiyyətinin Aqrar məsəllər üzrə baş məsləhətçisi Arif Məmmədovun SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, Samuxda taxıl əkininə maraq azalsa da hələ ki, strateji məhsulu əkib becərən və satan təsərrüfatçılar var.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB