Hidayət Orucov: “Azərbaycan təkcə nefti, qazı deyil, tolerantlıq ənənələrini də ixrac edə bilər”

Hidayət Orucov: “Azərbaycan təkcə nefti, qazı deyil, tolerantlıq ənənələrini də ixrac edə bilər”

"Azərbaycanda dini etiqad azadlığı hər zaman bərqərar edilib, təmin olunub. Azərbaycan həmişə öz tolerantlıq ənənələri ilə fəxr edə bilər. Ölkəmizdə tolerantlıq qədim dövrlərdən bu günümüzə qədər mövcud olub və bununla bəzi ölkələrə örnək ola bilər". SİA-nın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçıları ilə keçirilən görüşdə söyləyib. O bildirib ki, Azərbaycan təkcə nefti, qazı deyil, tolerantlıq ənənələrini də ixrac edə bilər.

Daha sonra H.Orucov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərlə bağlı fərmanı barədə danışıb. O qeyd edib ki, əlavə və dəyişiklərin qüvvəyə minməsi haqqında iyulun 1-də imzalanan fərmana əsasən, azərbaycanlıların kompakt yaşadıqları ölkələrdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəliklərinin yaradılması təklif olunub. Bu nümayəndəliklərin yaradılmasının dövlət büdcəsi hesabına mümkün olacağını deyən H.Orucov vurğulayıb ki, bunlar azərbaycanlıların mənəvi-dini problemlərinin həlli, onların aradan qaldırılmasına yardım göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə