Bu gün Qarabağ Azadlıq Təşkilatının üzvləri BMT-nin Azərbaycandakı nümayəndəliyi və Prezident Administrasiyası qarşısında etiraz aksiyaları keçiriblər. Təşkilatdan SİA-ya verilən xəbərə görə, aksiya saat 12.00 radələrində BMT nümayəndəliyi qarşısında başlayıb, aksiya iştirakçıları "Ermənistana qarşı sanksiyalar tələb edirik!", "Hərbi canilər cəzalandırılsın!", "BMT qətnamələri yerinə yetirilsin!" və digər şüarları səsləndirib və yazılı plakatları qaldırıblar.
BMT nümayəndəliyi aksiya iştirakçılarından QAT sədrinin müavini Fəridə Əsgərova, İdarə heyətinin üzvləri Arzu Qasımova və Şahmar İbrahimovu qəbul edib. QAT nümayəndələri aksiyanın bəyanatını təqdim edib və mövqelərini çatdırıblar. Aksiya iştirakçılarının bəyanatında göstərilir: "Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini zəbt edərək işğal altında saxlayır, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur və əsassız ərazi iddialarından geri çəkilmək istəmir. Ermənistanın özünü bu cür aparmasının məsuliyyəti beynəlxalq təşkilatların və birinci növbədə Birləşmiş Millətlər Təşkilatının üzərinə düşür.
Dünyanın ən mötəbər təşkilatı artıq 20 ildir ki, işğalçı Ermənistanın qarşısında aciz qalıb, nə tutarlı qərarlar qəbul edə, nə də qəbul etdiyi qətnamələri yerinə yetirə bilir. Biz başa düşmürük ki, BMT Təhlükəsizlik Şurası nə üçün digər işğalçı, terrorçu, avtoritar ölkələrə qarşı dərhal kəskin qətnamələr qəbul edir, sanksiyalar həyata keçirir, amma işğalçı terrorçu hərəkətləri göz qabağında olan Ermənistana qarşı eyni addımlar atılmır?
Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurası ikili standartlar siyasətinə son qoymalı, Ermənistanın işğalçı və terrorçu hərəkətləri ilə bağlı xüsusi yığıncağını keçirməli, Ermənistana qarşı təcili olaraq siyasi və iqtisadi sanksiyalar tətbiq etməlidir. Beynəlxalq təşkilatlar həqiqətən münaqişənin dinc vasitələrlə, sülh yolu ilə həllini istəyirlərsə, Ermənistana qarşı sanksiyalar tətbiq etməlidirlər. Sanksiyalar münaqişəni dinc vasitələrlə nizama salmanın yeganə yoludur. BMT Ermənistana qarşı ya sanksiyalar tətbiq etməli, ya da digər beynəlxalq təşkilatlarla birlikdə vasitəçilik missiyasından kənara çəkilməli, Azərbaycanın öz problemini öz imkanları ilə həll etməsinə mane olmamalıdırlar". Sonra aksiya Prezident Administrasiyasının qarşısında davam etdirilib. Aksiya iştirakçıları "Müharibənin başlanmasını tələb edirik!", "Ümid sənədir Azərbaycan əsgəri", "Hərb, Hərb, Hərb!" və digər şüarları səsləndirmiş, plakat və Azərbaycan bayraqlarını qaldırıblar. Aksiya iştirakçılarının qəbul etdikləri qətnamədə bildirilir: "Azərbaycan 20 ildir ki, Qarabağ Münaqişəsinin həllinə dair danışıqları davam etdirir. Lakin hələ də heç bir nəticə yoxdur. İşğalçı Ermənistan əsassız iddialarından geri çəkilmək istəmir. Beynəlxalq təşkilatlar, vasitəçilər Ermənistana heç bir təzyiq göstərmir, ədalətsiz mövqelərində qalırlar. Minsk qrupunun həmsədrləri mənasız danışıqları uzadır, hər dəfə yalançı tezisləri ortaya atmaqla Ermənistanın maraqlarına xidmət göstərirlər. Beynəlxalq təşkilatların, vasitəçilərin məqsədi münaqişənin ədalətli həllini tapmaq deyil, onlar status-kvonun saxlanılmasına çalışır, bununla da Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində möhkəmlənməsinə şərait yaradırlar. Bu vəziyyət artıq davam edə bilməz, status-kvo dəyişdirilməli, Dağlıq Qarabağ və digər ərazilərimiz işğalçı Ermənistan qüvvələrindən təmizlənməlidir. Beynəlxalq təşkilatlar bu istiqamətdə addım atmamış və bundan sonra da atmayacaqlar. Bunu Azərbaycan Xalqı, Dövləti və Ordusu etməlidir. Bunu etmək üçün Dövlətimizin kifayət qədər gücü var. Gücümüz var, ona görə də artıq gözləməməli, hərəkətə keçməliyik. Bütün bunları nəzərə alaraq hesab edirik:
Azərbaycan Ermənistanla danışıqları dərhal dayandırmalıdır.
Azərbaycan ləngimədən işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlamalıdır. İqtidar müharibəni başlamaq üçün özündə cəsarət və qətiyyət tapmalıdır. Hər kəs bilməlidir ki, müharibə o qədər də qorxulu, təhlükəli yol deyil, əksinə nicat və azadlıq yoludur.
Cəmiyyətin bütün siyasi, ictimai təbəqələri, hər bir vətəndaş birmənalı şəkildə müharibə yolunu dəstəkləməli, hakimiyyətin hərbi yöndə addımlarını müdafiə etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



