Mövsümi vakansiyaların sayı artıb

Mövsümi vakansiyaların sayı artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yay mövsümü ilə əlaqədar əmək yarmarkalarında iş axtaranlar üçün yeni vakansiyalar təqdim edir: "Yay ayında turizm sahəsi fəal olduğundan otellərdə, istirahət mərkəzlərində resepşn, ofisiant, menecer, avtobus sürücüsü, digər xidmət personalına böyük ehtiyac yaranıb. İşə götürənlər bu mövsümdə hətta təhsili olmayanları da işlə təmin etməyə başlayıblar. Bu mövsümdə həmçinin ticarət firmaları da işçi götürməyə meylləniblər. Onlar tələbə qızları öz məhsullarını təqdim etmək üçün işə dəvət etməyə başlayıblar".

SİA-nın məlumatına görə, yay aylarında ciddi və daimi iş axtaranlar üçün isə ciddi problemlər yaranıb. Çünki əksər qurumlar ya istirahətə çıxdığı, ya da müştəri baxımından problemlə üzləşdikləri üçün işə qəbulu dayandırırlar. Hətta bəzi müəssisələr öz işçilərini ixtisar edirlər.

Mirvari

Bütün xəbərlər Facebook səhifəmizdə