“Vətəni tanı” Ümumrespublika Kampaniyası çərçivəsində növbəti seçim turu Kürdəmirdə keçirilib
Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi "Vətəni tanı" Ümumrespublika Kampaniyası bu dəfə Kürdəmirdə olub. Kampaniyaya rayonda öncədən hazırlıq görülüb. Rayon İcra hakimiyyəti, təhsil şöbəsi, gənclər və idman idarələrinin nümayəndələri tədbirə qatılıb.
150 Kürdəmirli gəncin, rayon təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə açılış mərasimi keçirilib. Çıxış edənlər bildiriblər ki, Kürdəmirli gənclərin çoxdan gözlədiyi bu layihə onlarda Vətənə məhəbbət, biliklərin artırılması istiqamətində çox böyük faydalar verəcək.
Daha sonra yarışmaya start verilib. Kürdəmirli gənclər bir-biri ilə gərgin mübarizə aparıblar. Nəticədə 2 gənc respublika turuna vəsiqə qazanıb.
Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyalarınazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB