“Diaspor bundan sonra daha da güclü işləyib öz fəaliyyətində yeniliklərə nail olmalıdır”- AÇIQLAMA
Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi diaspor həyatında çox mühüm bir tarixi hadisədir. Bu barədə SİA-ya açıqlamasında Krımda fəaliyyət göstərən Azərbaycan icmasının sədri Rəhim Hümbətov məlumat verib. O bildirib ki, bu qurultay diaspor hərəkatında yeni bir mərhələnin başlanğıcı olmalıdır.
Onun sözlərinə görə, diaspor bundan sonra daha da güclü işləyib öz fəaliyyətində yeniliklərə nail olmalıdır. Artıq diasporun formalaşma mərhələsindən çıxaraq yeni iş metodlarına keçməli olduğunu deyən diaspor sədri vurğulayıb ki, yeni işlər görmək, nailiyyətlər qazanmaq üçün professional əsaslarla işləməlidir: "Bunun üçün yeni professional əsaslarla işləyəcək diaspor lazımdır. Diaspor rəhbərləri azad şəkildə işləməli, müəyyən ölkələrdə diasporların KİV-ləri yaradılmalıdır. Bundan əlavə, ayrı-ayrı ölkələrdə yaşayan diaspor nümayəndələri həmin ölkələrin ictimai-siyasi, mədəni həyatında daha geniş iştirak etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB