“Pizza Pizza”nın növbəti restoranı Bakıda açılacaq

“Pizza Pizza”nın növbəti restoranı Bakıda açılacaq
Türkiyənin ən tanınmış restoranlarından olan "Pizza Pizza" Azərbaycanda ilk restoranını açacaq. SİA-nın məlumatına görə, bu barədə şəbəkənin sahibi Tolqa Türker açıqlaması zamanı bildirib: "Pizza Pizza"restoranları artıq dünyada özünə yer qazanıb. Lakin təbii ki, inkişaf heç zaman dayanmamalıdır. Şəbəkələrimizi genişləndirməyə qərar vermişik. Bu dəfə isə hədəfimiz qardaş ölkə Azərbaycandır. Bu istiqamətdə Bakıda 4 restoran açmağı planlaşdırırıq. İlk restoranın açılması üçün hazırlıq işləri başa çatmaq üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə