“Hər ölkədə azərbaycanlıların onun ətrafında birləşdiyi yalnız bir diaspor təşkilatı yaradılmalıdır”- AÇIQLAMA

“Hər ölkədə azərbaycanlıların onun ətrafında birləşdiyi yalnız bir diaspor təşkilatı yaradılmalıdır”- AÇIQLAMA
"Bu gün prezident İlham Əliyev də çıxışında bildirib ki, diaspor sahəsində olan bütün umu-küsülərə son qoymaq, azərbaycançılıq yolunda birləşib Azərbaycanın adını hər yerdə səsləndirmək tapşırığı verilib. Diaspor təşkilatları rəhbərlərinin nümayəndələrinin bugünkü çıxışlarında da hər kəs belə hesab edir ki, ölkə prezidentinin səsini eşidərək sıx birləşib Azərbaycan diaspor işini daha da irəliyə aparmaq lazımdır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, hər hansı bir qurum müəyyən iş görərkən ondan razı qalmamalıdır. Bəzi problemlərin olmadığını deyən N.İbrahimov qeyd edib ki, qurultayda istiqamətlər üzrə prezidentin səsləndirdiyi nöqsanların həll ediləcəyinə söz verildi: "Düşünürəm ki, müəyyən zaman keçəndən sonra bu kimi nöqsanları aradan qaldırılacaq. Biz kəmiyyətdən daha çox keyfiyyətə fikir verməliyik. Diaspor təşkilatlarının işinə daha çox diqəqət edilməlidir. Onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etmək lazımdır. Bir ölkədə yalnız bir diaspor təşkilatının fəaliyyət göstərməsi hamımızın arzusudur, amma biz real vəziyyətlə razılaşmalıyıq. Amma azərbaycanlılar vahid bir şəkildə diasporada birləşib hər ölkədə bir diaspor təşkilatı yaradacağıq. Mən də bu fikirlərlə razıyam ki, bir ölkədə azərbaycanlıların onun ətrafında birləşdiyi yalnız bir diaspor təşkilatı yaradılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə