Zakir Hüseynli: \"İçtimai Palata ancaq siyasi qərarlar verə biləcək bir quruma çevrilib\" - MÜSAHİBƏ (SƏSTV)

Zakir Hüseynli: \"İçtimai Palata ancaq siyasi qərarlar verə biləcək bir quruma çevrilib\" - MÜSAHİBƏ (SƏSTV)

Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynli və Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturanın Səs Tv-yə müsahibəsi


- ADP-nin təşəbbüsü ilə kölgə parlamenti, yəni xalq parlamenti yaradılması təklif olunub. Bu qurumun yaradılamasını İçtimai Palatya alternativ hesab etmək olarmı?


Zakir Hüseynli: - Azərbaycan Demokratik Partiyası İçtimai Palatanın Azərbaycan müxalifətinin bütün rəsmilərinin birgə iştirak edə, fəaliyyət göstərə biləcəyi bir qurum olmasının həmişə tərafdarıdır. Bu barədə bizim partiyanın sədri Sərdar Cəlaloğlu dəfələrlə çıxışlarında qeyd edib və heç bir şərt qoyulmadan siyasi palatada bütün siyasi qurumların təmsil olunmağının tərəfdarı olub. Amma hadisələr göstərdi ki, bu içtimi palata iki partiyanın monopoliyasında olan siyasi quruma çevrildi və şübhəsiz ki, belə bir vəziyyət nə Azərbaycan Demokratik Partiyasını nə də başqa bir təmsil olunan siyasi qurumların maraqlarını təmin etmədi. Birmənlı şəkildə bəyan edirəm ki, bizim yaradacağıımız "Kölgə" parmlamenti İçtimai Palataya alternativ olacaq bir qurum deyil və biz istəyirik ki, yaradılacaq "Kölgə" parlamenti Azərbaycan cəmiyyətində tək siyasi qərarlar verəcək bir qurum yox, həm də iqtisadi-siaysi konsepsiyalara uyğun bir proqram hazırlayıb cəmiyyətə təqdim edəcək bir quruma çevrilsin. Həmin qurumda Azərbaycanda kifayət qədər tanınmış, Qərb mentalitetinə yiyələnmiş və Azərbaycan problemlərini kifayət qədər bilən insanların birliyindən ibarət olan bir quruma çevrilsin. Bu barədə Azərbaycan Demokrat Partiyasının təşəbbüsü ilə bu ideya ortaya atılır. Bu yaxın günlərdə həmin ideyanın təşkilatçılarından ibarət bir neçə nəfərin Azərbaycan cəmiyyətinə müraciəti olacaq və mən əminəm ki, bu müraciətdən sonra həmin "Kölgə" parlamentinə kifayət qədər insanların axını olacaq.


- Vüqar bəy, siz də parlament seçkilərində iştirak etmisiniz. Amma İçtimai Palataya qoşulmamısınız. Bu, quruma olan inamsızlıqdan irəli gəlir?


Vüqar Bəyturan: - İlk növbədə onu deyim ki, biz bu qurumu təşkil edəndə məsləhətləşmələr apardıq. Bizim fikrimiz bir məsələdə üst-üstə düşmədi ki, İçtimai Palata konkret məqsədlərə nail olmağı qarşısına qoyan, konkret hədəfləri həll edən bir qurum olmalı və bu bizim konkret mövqeyimiz idi. Onlar isə bu qurumdan görüntü yaratmaq üçün bəzi siyasi məqsədlərə nail olmaq üçün istifadə etmək istəyirdilər. Onların apardığı siyasət tez bir zamanda özünü göstərdi. Koordinasiya şurasında Azərbaycanda ciddi içtimai-siyasi nüfuza malik olamayan insanlar cəlb olundu. AXCP və Müsavat arasındakı daxili çəkişmələrin nəticəsı olaraq hər bir qüvvə öz adamalarını koordinasiya şurasına salmağa cəhd etdi. Azərbaycanda indiyə qədər formalaşan müxalifət birlikləri kimi İçtimai Palatada getdikcə də öz iflasına yaxınlaşmaqdadır. Aparılan qeyri-düzgün siyasətin nəticəsi kimi görülməməlidir. Milli Qurtuluş Partiyası elə bir birlik ola bilər ki, o birlikdə həqiqətən də müxalifət birliklərini bir araya gətirmək məqsədini ortaya qoysun. Çünki İçtimai Palata yaranandan aydın oldu ki, İçtimai Palata müxalifətin bir hissəsini, digər bir hissəsi üzərində hakimiyyəti təmin etmək ortada olan müxalifət monopoliyasını rəsmiləşdirmək üçün yaradılmış bir qurumdur. Ölkədə bir neçə müxalifət qəzeti var ki, həmin qəzetlərdə ancaq özlərini təbliğ edən müxalifət partiyalarının görüşləri, baxışları verilir. İçtimai Palata o məqsədlə yaranıb ki, dünya içtimayətinə o cümlədən Azərbaycan içtimayətinə göstərilsin ki, Azərbaycanda müxalifətin bəlli bir yolu var. Adın və görüntünün arxasınca getməyək. Mahiyyətin arxasında gedək və gerçək bir birlik formalaşdıraq və həmin birlikdə siyasi qüvvələr səmimi şəkildə bir araya gəlmək imkanı əldə etsin.


- Müxalifətin siyasi prosseslərdə uğursuzluğu liderlərin düşünülməmiş səhv siyasətinin nəticəsi hesab etmək olarmı?

Zakir Hüseynli: - Azərbaycan Demokrat Partiyası həmişə İçtimai Palatanın hazırlıqsız və sosial sifariş olmadan mitinq keçirmək təşəbbüsünə qarşı çıxıb. Mitinq keçirmək üçün əhali arasında kifayət qədər iş aparmaq lazımdır. Amma təəssüflər olsun ki, İçtimai Palata Azərbaycan Demokratik Partiyasının və başqa bir partiyaların bu çağırışına məhəl qoymadan iki partiyanının monopoliyasında olan bir qurum kimi müstəqil qərar qəbul etdi və həmin mitinqlərin nəticəsini həm Azərbaycan xalqı, həm də müxalifət çox yaxşı gördü. Üzdə olan beş-on adamı çıxarıb polislə üzüzə qoyub, insanların bir qismini döydürüb, bir qismini isə həbsə atdırmaqla heç bir siyasi nəticə əldə etmək olmaz. Ona görə də Demokrat Partiya bəyan edib ki, hər hansı siyasi aksiyanı keçirmək üçün əvvəlcədən kifayyət qədər hazırlıq işləri aparılmalıdır və ondan sonra hər hansı siyasi qərar verilməlidir. Aprel ayının 2-də keçirilən mitinqlə aprel ayının 17-də keçirilən mitinqin arasında fərqi siz gördünüz. Üzdə olan 5-10 müxalif qüvvələr əhali arasında yenə çaşqınlıq yaratdı və 17-də keçirilən mitinqin heç bir nəticəsi olmadı. Biz partiya olaraq belə tədbirlərin keçirilməsinin əleyhinəyik.


- ADP-nin irəli sürdüyü təşəbbüsü sizin partiya tərəfindən dəstəklənməsi nə dərəcədə mümkündür?

Vüqar Bəyturan: - Biz hələ partiyamızın siyasi şurasında bu barədə müzakirə aparmamışıq. Belə bir müracit olsa yəqin ki, bizim partiya bu məsələni müzakirə edib, öz hüququnu ortaya qoyacaq. Müəyyən bir birliyin formalaşması bizim də marağımızdadır. Hesab edirik ki, İçtimai Palatanın ifalsa uğraması ilə yeni bir birliyin formalaşması üçün fəaliyyətə başlamaq hər bir siyasi birliyin haqqıdır. Burda bir tendensiya var. Bilirik ki, ölkədə siyasi passivlik mövcuddur, burda həm iqtidarın günahı var, həm müfalixfətdə olan qüvvələrin günahı var. Ölkə əhalisi siyasi prosseslərin o qədər də marağında deyil. Mən Azərbaycan Demokratik Partiyasının ideyasını AXCP və Müsavat partiyalarının ideyalarına oxşatmaq istəməzdim. Çünki bu ideya hələ yenidir və yeni olan ideyaya qarşı fikir söyləmək olmaz. Hər hansı bir birlik formalaşanda onun adına diqqətlə yanaşmalıyıq, onun əsas mahiyyətnə fikir verməliyik.


Zakir Hüseynli: - \"Kölgə parlamenti\" şərti bir addır. Bu qurumun təşəbbüskarları xalqa müraciətindən sonra bu qurumun gələcək adı barədə yəqin ki, müzakirələr gedir konkret ad qurumun rəsmi bəyanatından sonra meydana çıxacaq.

- Digər müxalifət partiyalara münasibət necədir?


Zakir Hüseynli: - Bir çox müxalif partiya liderləri ilə Sərdar bəy arasında danışıqları gedir və bu ideya həmin liderlər tərəfindən çox müsbət qarşılanır, o cümlədən də "Ümüd" partiyasının sədri İqbal Ağazadə. Başqa müxalifət partiyasının tanınmış simaları bu ideyaya çox yaxın isti yanaşırlar. Bizim bu ideyamız cəmiyyət tərəfindən çox müsbət qarşılanır və gələcək prespektivlərin uğuruna mən inanıram.


- Bu qurumun İçtimai Palatadan fərqi nə olacaq? Sizin təşəbbüsünüzlə yaranacaq qurumu da uğursuzluq gözləyirmi?


Zakir Hüseynli: - İçtimai Palata ancaq siyasi qərarlar verə biləcək bir quruma çevrilib. Bizim yaradacağımız həmin bu qurum - \"Kölgə parlamenti\" həm siyasi qərarlar verən, həm də ölkə iqtisadiyyatı Azərbaycan dövlətçiliyi üçün zəruri konsepsiyalar, iqtisadi layihələr tərtib edən qurum kimi də fəaliyyət göstərmək istəyirlər. Azərbaycanda \"Kölgə parlamet\"çiliyi ənənələrini bərpa edib gələcək hakimiyyətə hazır olmaq üçün bu addımarı atmalıyıq. Bizim qurumla İçtimai Palatanın fərqi ondan ibarətdir ki, biz həm siyasi qərarlar həm də iqtisadi qərarlar vermək iqtidarında olan bir qurum yaratmaq istəyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə