“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası bu dəfə Yevlaxda keçirilib - FOTO
"VƏTƏNİ TANI" Ümumrespublika Kampaniyası bu dəfə Yevlax gəncləri arasında keçirilib. SİA-nın xəbərinə görə, Yevlax şəhər 7 saylı orta məktəbində baş tutan kampaniyanın açılış mərasimində Yevlax rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Təhsil, Gənclər və İdman idarələrinin əməkdaşları iştirak ediblər. Milli Şuranın mətbuat katibi Orxan Əli və təşkilatın üzvləri kampaniyanı həyata keçiriblər. 150 məktəblinin iştirakı ilə keçirilən kampaniyada iki istiqamət üzrə Azərbaycanın inzibati ərazi vahidləri tanınıb. Həm www.miras.az saytında həm də əvvəlcədən hazırlanmış puzzle formasında Azərbaycan xəritəsi gənclər tərəfindən toplanılıb.
Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə