6-7 iyul 2011-ci il tarixlərində Polşanın paytaxtı Varşava şəhərində ölkənin Mədəniyyət və Milli Dəyərlər Nazirliyi, Milli Təhsil Nazirliyi, Elm və Ali Təhsil Nazirliyi, İdman və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə "Şərq inkişaf tempi" mövzusunda konfrans keçiriləcək.
SİA-nın xəbərinə görə, konfransın əsas məqsədi Avropa İttifaqı və "Şərq Tərəfdaşlıq" proqramına qoşulan ölkələrin tələbə, müəllim və gəncləri, idman və mədəniyyət təşkilatları arasında mövcud əlaqələri gücləndirməkdir.
Konfransda "Şərq Tərəfdaşlıq" proqramına qoşulan ölkələrdən 180, Avropa İttifaqından 120 nəfər olmaqla, ümumilikdə 300 nəfər nümayəndə iştirak edəcək.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını (ATGTİ) konfransda təmsil etmək üçün təşkilatın Beynəlxalq əlaqələr departamentinin rəhbəri Rəna İbrahimova Polşaya yola düşüb.
Qeyd edək ki, konfrans çərçivəsində R.İbrahimova elm-təhsil, gənclik, gənclərin problemləri və s. bu kimi mövzularda keçiriləcək plenar iclaslarda iştirak edəcək, aparılan müzakirələrdə Azərbaycan tərəfinin təcrübəsindən danışacaq.
Nümayəndəmiz keçirilən görüşlərdə gənclər və gənclər təşkilatları ilə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB