Rafael Cəbrayılov “Media Akademiya”nın qonağı olub

Rafael Cəbrayılov “Media Akademiya”nın qonağı olub

Milli Məclisin deputatı Rafael Cəbrayılov "IRƏLİ" İctimai Birliyinin "Media Akademiya" layihəsinin qonağı olub.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, millət vəkili ilk olaraq tələbələrə sözün dəyərindən, təsir gücündən danışıb. Gənc jurnalistlərə dəyərli məsləhətlər verib. Ardınca Media Akademiya tələbələri hüquqla bağlı onları maraqlandıran sualları deputata ünvanlayıblar. Millət vəkili söz, mətbuat azadlığından danışarkən deyib: "Hər bir kəsin azadlıq sərhəddi digərinin azadlığının başladığı yerdə bitir. Və bu o deməkdir ki, sərbəst toplaşmaq ictimai asayişi pozmaq, etrafı dağıtmaq , sındırmaq, insanları narahat etmək deyil. Bütün nümayişləri sivil formada həyata keçirmək olar".

Daha sonra görüş debat fotmatında davam etdirilib. Debatın mövzusu "Sərbəst toplaşmaq azadlığı"nın qanuni tərəfləri olub. Parlament üzvü gənclərə bu cür toplaşmalarda yaşanan qanunsuz və neqativ hallardan çəkinməyi və hər məqamda qanunauyğun hərəkət etməyi tövsiyyə edib.

Qeyd edək ki, debatda Rafael Cəbrayılovun opponenti "Media Akademiya"sının iştirakçılarından biri olub. Auditoriyanın sual və fikirlərini sərbəst şəkildə ifadə edə bilməsi, millət vəkilinin səmimiyyəti görüşü daha da maraqlı və faydalı edib.

Qeyd edək ki, Media akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən İRadioda, İRƏLİ Prodakşnda gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə