Akkan Suver: “Azərbaycanın nümunəvi bir diaspor təşkilatı yaranıb”

Akkan Suver: “Azərbaycanın nümunəvi bir diaspor təşkilatı yaranıb”

\"Mən Dünya Azərbaycanlılarının III Qurultayını daha çox dünya Türklüyünün qurultayı kimi dəyərləndirirəm\". SİA-nın xəbərinə görə, bunu Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver deyib. Onun sözlərinə görə, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanın nümunəvi bir diaspor təşkilatının yaranmasına gətirib çıxarıb: "Burada əməyi olan hər bir şəxsi Türkiyədən gələn vətəndaş cəmiyyətinin nümayəndələri adından təbrik edirəm".

Akkan Suver həmçinin Azərbaycan xalqını da təbrik edib: "Bu gün bayramdır. Dünya türklüyünün bayram günüdür. Azərbaycan xalqına eşq olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə