Ombudsmanın əməkdaşları polis bölmələrinə və MST-lərə baş çəkiblər

Ombudsmanın əməkdaşları polis bölmələrinə və MST-lərə baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında yaradılmış İşgəncələrlə bağlı Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri azadlığın tam və ya qismən məhdudlaşdırılması yerlərinə başçəkmələri davam etdirirlər.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, qrupun üzvləri bu günlərdə Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20 və 22-ci polis bölmələrinə və müvəqqəti saxlanma təcridxanasına (MST), habelə Binəqədi RPİ-nin MST-nə başçəkmə həyata keçiriblər.

Qrupun üzvləri başçəkmələr zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırmış, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olmuş, hər hansı bir pozuntu aşkar edilməyib.

Şübhəli və ya təqsirləndirilən şəxs qismində saxlanılanlarla söhbət aparılmış, onlara hüquqları izah olunub.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Başçəkmə keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə