Nazim İbrahimov: “Azərbaycan diasporu dünyada erməni mifini artıq sındırıb”

Nazim İbrahimov: “Azərbaycan diasporu dünyada erməni mifini artıq sındırıb”

Azərbaycan diasporu artıq tam formalaşıb, güclənib, fəaliyyət göstərdiyi ölkələrin siyasi həyatına təsir göstərəcək qüvvəyə çevrilib. SİA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında bildirib. "Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan xalqının tarixində çox mühüm yer tutacaq. Ümummilli lider Heydər Əliyevin başçılığı ilə 10 il əvvəl keçirilən I qurultay diaspor tarixində mühüm hadisə olub. Prezident İlham Əliyevin 2006-cı ildə II qurultay zamanı göstərdiyi istiqamətlər 2011-ci ildə söyləməyə əsas verir ki, III qurultaya Azərbaycan diasporu tam güclənmiş, informasiya tarixində hücum taktikasına yiyələnmiş vəziyyətdədir və artıq dünyada erməni mifini sındırıb. Növbəti qurultaya qədər olan 5 il Azərbaycan diasporunun yüksəliş dövrü olacaq\",-deyə o əlavə edib.

N. İbrahimov deyib ki, Azərbaycan diasporu III qurultaya tam formalaşmış, güclənmiş vəziyyətdə gedir: "Diasporumuz dünyada erməni mifini artıq sındırıb".

Qeyd edək ki, bu gün Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilir. Ali tədbirdən əvvəl qurultay iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə