Ermənistanda milli fəlakət: İşğalçı dövlətdə hannibalizm halları müşahidə olunmaqdadır - FAKT
Ermənistanda davamlı xarakter alan sosial-iqtisadi uçurum daha da dərinləşərək, xalq-dövlət arsında yaranmış və artıq ənənə halını almış inamsızlıq, düşmənçilik münasibətlərinə yetərincə təkan verməkdədir. Eyni zamanda, paytaxt Yerevandan tutmuş, bütün əyalətlərə qədər irəliləyən aclıq və səfalət sadə insanların olan-qalan bütün ümidlərini puça çıxarmışdır. Hətta vəziyyət o qədər acınacaqlı həddə çatmışdır ki, zaman-zaman acından ölən insanların meyitləri müəyyən vaxtlarda morqlarda gizlədilir, onların ölüm halları qeydiyyata alınmır. Belə ki, bütün bunlara başlıca səbəb olan ölkənin və ölkə rəhbərliyinin təcavüzkar siyasət metodu, inhisar, iqtisadi çöküş və vassallıqdır…
Bu barədə dünya dövlətlərinə car çəkən Ermənistanın müxalifyönümlü "Azarat" informasiya agentliyi onu da qeyd edib ki, onların əllərində müfəssəl məlumatlar mövcuddur və bu mövcudluqların arxasında tükürpədici olayların yaşanması əhali, vətəndaşlar arasında vahimə yaradıb. Adıçəkilən erməni informasiya agentliyinin digər məlumatlarında o da qeyd edilibdir ki, Yerevanın ətraf xarabalıqlarında yaşayan "bomj" (evsiz səfillər) qruplaşmaları arasında müəyyən bölgülər aparılmışdır və həmin bölgülərə əsasən, onlar qrup halında şəhərin müxtəlif istiqamətlərinə gedərək, insanları oğurlayır, aclarından onlara qarşı hannibalizm (bir canlının eyni bənzərini yeməsi halları) metodlarından istifadə edirlər. Vəziyyət artıq o qədər haşiyədən çıxmışdır ki, hətta ordu və milis dəstələri də belə həndəvərlərdə gözə görünməkdən ehtiyat edirlər. Onu da xatırladaq ki, "Azarat" informasiya agentliyi bu yaxınlarda əldə etdikləri və özündə hannibalizm hallarını təsdiqləyən foto və videosüjetlərini dünya ictimaiyyətinə ötürəcəklər.
Baş verən son hadisələr təbii olaraq, Ermənistanın mövcud diktatura rejimini artıq narahat etməyə başlayıb. Təməli Qarabağ klanından ibarət olan işğalçı dövlətin rəhbərlik strukturları informasiya agentliyinə qarşı tədbirlər görmək istəsələr də, buna nail ola bilməyiblər. Artıq xalq kütləsi növbə ilə adıçəkilən agentliyin təhlükəsizliyini qoruyurlar. Lakin bütün bunlara baxmayaraq, hələ ki, hakimiyyət strukturlarından, rəsmi dövlət dairələrindən məsələyə münasibət bildirilməyib. Onların susmağı isə bir növ, razılıq əlaməti kimi başa düşülür. Qeyri-rəsmi məlumatlara görə isə, Ermənistanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri öz ölkə vətəndaşlarına mümkün qədər Ermənistana turist səfərləri təşkil etməmələrini xahiş edib. Hər halda, hansı xarici ölkənin səfiri istəyər ki, onun dövlətinin vətəndaşı Ermənistan kimi ac ölkədə hannibal hücumlarına məruz qalsın?
Bu, həm də Ermənistanda milli fəlakət zəmini kimi qəbul olunan amildir. Bir tərəfdən insanlar kütləvi halda ölkə hüdudlarını bir daha qayıtmamaqla tərk edirlər, bir tərəfdən isə ölkəni tərk edə bilmək gücündə olmayanlar öz həyatlarını təhlükələr altında qoyurlar. Bu təhlükə mənbəyi həm hakimiyyət, həm də hakimiyyətin yetişdirdiyi ac insanlardır. Yəni bunlara əlavə olaraq, cinayət, kriminal hadisələrini, boşanmaların artmasını, savadsızlığı və bu kimi digər amilləri də göstərmək mümkündür.
Artıq hakimiyyət dəyişilsə belə, Ermənistanda heç nə düzəlməyəcək, heç nə dəyişilməyəcək. Çünki regionda və beynəlxalq aləmdə, ümumiyyətlə, dünya səviyyəsində belə bir dövlətin varlığı böyük sual altında qalıb…
R.RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB