“İRƏLİ” İctimai Birliyinin nümayəndələri beynəlxalq formda iştirak ediblər
26-30 iyun 2011-ci il tarixləri arasında Malayziyanın Melaka şəhərində Dünya Gənclər Assambleyasının XI "Beynəlxalq Gənclərarası Dialoq" forumu keçirilib. Forumun mövzusu "Yeni nəsil sahibkarların formalaşdırılması" idi. Tədbirdə Malayziyanın Baş naziri, onun xanımı,
Dünya Gənclər Assambleyasının prezidenti, Malayziyanın gənclər və idman naziri və digər dövlət rəsmiləri iştirak ediblər. Forumda dünyanın 70 ölkəsindən 210-dan çox gənclər təşkilatları nümayəndələri iştirak ediblər.
Forumda "QHT-lərin, özəl sektorun, dövlət qurumlarının yeni nəsil sahibkarların formalaşdırılmasında rolu" mövzusunda disskusiyalar aparılıb. Tədbirin bağlanış mərasimində nümayəndə heyətlərarası bəyannamə qəbul olunub.
Qeyd edək ki, forumda Azərbaycanı "İRƏLİ" İctimai Birliyinin 2 nümayəndəsi: Beynəlxalq əlaqələr və beynəlxalq proqramlar üzrə katib Cavid Osmanlı və təşkilatın təhsil müəssisələri ilə iş üzrə koordinatoru Nigar Quliyeva təmsil ediblər.
Birlikdən SİA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri forum çərçivəsində Malayziyanın birinci xanımı Datin Paduka Seri Rosmah Mansoor və Dünya Gənclər Assambleyasının prezidenti İdris Harono ilə görüşübşlər. Görüş zamanı nümayəndə heyətimiz ölkəmizin xaricdə təhsilə xüsusi önəm verdiyini bildirmiş, "Azərbaycan gənclərinin xarici ölkələrdətəhsiliüzrə DövlətProqramı", həmçinin xaricdə təhsilin Azərbaycanda yeni nəsil sahibkarların formalaşmasında rolu barədə ətraflı söhbət açıblar. Görüş zamanı, həmçinin "İRƏLİ" İctimai Birliyinin fəaliyyəti, layihələri barədə ətraflı məlumat verilib. Birinci xanım yaxın vaxtlarda Azərbaycana səfər etmək və təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq istədiyini söyləyib.
Səfər ərəfəsində "İRƏLİ" və World Youth Bank Network, Malaysia Youth Concil təşkilatları arasında əməkdaşlıq barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB