Nazim İsmayılov: «ANAMA işğal olunmuş torpaqların azad edilməsindən sonra əraziləri minalardan təmizləməyə hazırdır”
"Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi işğaldan azad olunacaq torpaqların təmizlənməsinə tam hazırdır". Bu barədə SİA-nın bölgə müxbirinə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib.
Onun sözlərinə görə, işğaldan azad olunacaq torpaqların çox hissəsi partlamayan hərbi sursatlar və minalarla çirklənib. Gələcəkdə ərazilərin azad olunması ilə quruma əlavə mütəxəssislər cəlb olunacaq.
"Torpaqlarımızın azad olunması ilə biz 6 ay ərzində əlavə qüvvələr yığmalıyıq. İşğaldan azad olan torpaqların təmizlənməsi üçün daha çox qüvvə lazımdır. Əminəm ki, ANAMA-nın əməkdaşları bu işin öhdəsindən layiqincə gələcək. Elə regional bazalarımız da buna xidmət edir", - N. İsmayılov deyib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB