Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) NATO ilə birgə təlimlərə başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə ANAMA-nın Göygöl rayon bazasında rəsmi tədbir keçirilib. Tədbirdə ANAMA-nın direktoru Nazim İsmayılov və bir sıra rəsmilər iştirak edib.
Bildirilib ki, Azərbaycan kimi Gürcüstanda da partlamayan hərbi sursatlar və minalarla dolu ərazi mövcuddur. Bu ərazilərin təmizlənməsinə ehtiyac var. NATO Gürcüstanda bu sahədə Milli Potensialın hazırlanması ilə bağlı tender keçirib. Layihəyə görə 1 il ərzində Göygöl rayon bazasında 240 gürcü hərbiçisinə təlim keçiriləcək. 3 ay ərzində idarəetmə üsulu ilə təlimlər Gürcüstanda davam etdiriləcək. Tədbirdə artıq təlimləri başa vuran Türkiyənin nümayəndə heyəti də təbrik olunub. Onlara sertifikatlar verilib. Türkiyəli mina təmizləyənlər əsasən Türkiyə və Suriya sərhədində fəaliyyət göstərəcəklər.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB