“Azərbaycan diasporunun fəaliyyəti: problemlər və perspektivlər” mövzusunda konfrans təşkil edilib
Beynəlxalq Diaspor Mərkəzi (BDM) "Caspian Plaza" otelinin konfrans zalında dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təkilatlarının fəaliyyəti, müəyyən problemlərin aşkar edilməsi, diasporumuzun fəliyyətinin gücləndirilməsi üçün təkliflər paketinin hazırlanması məqsədi ilə "Azərbaycan diasporunun fəaliyyəti: problemlər və perspektivlər" mövzusunda konfrans təşkil edib.
SİA-nın verdiyi məlumata görə, konfransda diaspor yönümlü QHT-lər, ali təhsil ocaqlarının professor və müəllimləri, xaricdə təhsil alan tələbələr və ekspertlər iştirak ediblər.
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev konfransı açıq elan edərək bildirib ki, məqsəd Azərbaycan həqiqətləri barədə formalaşan dolğun informasiya bankından yetərincə bəhrələnərək ölkəmizi və xalqımızı dünyada daha layiqincə tanıtmaqdır. Ölkəmizdə Azərbaycan diasporçuluq sisteminin günün tələbləri səviyyəsində qurulması üçün əsaslı hüquqi baza yaradılıb. Ümmummilli lider Heydər Əliyevin bu istiqamətdə atdığı strategi addımlar sonrakı mərhələdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Diaspor Komitəsinin yaradılması və inkişafını səciyyələndirən prezident sərəncamları ötən dövrdəki çoxistiqamətli fəaliyyətimizin əsasını təşkil etmişdir".
"Azərbaycan diasporunun fəaliyyəti: problemlər və prespektivlər" mövzusunda keçirilən konfransda bir sıra məsələlərə dair müzakirələr aparılıb, fikir mübadiləsi edilib. Konfransda Bakı-Slavyan Universitetinin dosenti Şirinbəy Əliyev, Gənc Jurnalistlər Şəbəkəsinin rəhbəri Ramilə Əliyeva, Azərbaycan Universitetinin prorektoru, politoloq Xaləddin İbrahimli, Qafqaz Universitetindən Regionşünaslıq (Avropa) kafedrasının müdiri dr. Ceyhun Mahmudlu, İdarəçilik Akademiyasının dissertanti Cahangir Cahangirli, Milli Düşüncə İnstitutu təşkilatının eksperti Tariel Faziloğlu, Xəzər Universitetinin magistrı Lalə Cumayeva, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri, hüquqşünas Ələmdar Nəbiyev, Fikir Fabriki İnstitutunun layihə koordinatoru Sənan Nəcəfov, Azərbaycan-Avropa hərəkatının rəhbəri Surxay Lətifov, ekspertlər Namiq Eyvazov, Samir İsgəndərov və başqaları çıxış ediblər.
Konfrans iştirakçıları tərəfindən Azərbaycan diaspor təşkilatlarına təkliflər zərfi ünvanlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB