SONY Asiyada ən bahalı brend seçilib

SONY Asiyada ən bahalı brend seçilib

Yaponiya istehsalı olan SONY şirkəti Asiya ölkələri arasında ən bahalı brendlər sırasına daxil edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Campaign" jurnalının apardığı araşdırmalara görə, Yaponiya istehsalı olan Sony I yeri tutub.

Araşdırmanın beşliyinə Yaponiyanın digər istehsalı olan Panasonic və Canon, Cənubi Koreyanın LG və Sumsung brendləri düşüblər.

Ən maraqlısı odur ki, Çin istehsalı olan heç bir şirkət heç 100-lüyə belə düşməyib. Ancaq Haier yalnız 102-ci pillədə qərarlaşa bilib.

Bununla yanaşı, jurnal rəsmilərinin açıqlamasına görə, Hindistan və Çin şirkətləri digər ölkələrdə daha çox tanınırlar. Məlumat üçün bildirək ki, Hindistan brendlərinin içərisində süd şirkəti olan Amul 89-cu yerə sahiblik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə